Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 Aprel 2013 - №12

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimlərinin Avropada yaradıcılıq sərgisi

 

Bu günlərdə Bolqarıstanın paytaxtı Sofiya şəhərində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəssamlıq fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sevda Sadıqbəyova və rəsm və rəngkarlıq kafedrasının müdiri, dosent Aytən Rzaquluyevanın təşkilatçılığı ilə "Azərbaycan Rəssamları-FOTO"  adlı sərginin açılışı olmuşdur.  

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Bolqarıstan Dövlət Rəssamlıq Akademiyasının təşkil etdikləri tədbir uğurla keçmişdir. Sərgidə sərgilənən təsviri sənətin - rəngkarlıq, qrafika və dekorativ sənət nümunələri nümayiş olunmuşdur. Bu gün Azərbaycanın dünyanı heyrətə qoyan vüsətli inkişafı, iqtisadi tərəqqisi, siyasi sabitliyi xüsusilə mədəniyyət və incəsənətə dövlət qayğısı belə qarşılıqlı sərgilərin keçirilməsi üçün böyük zəmin yaradır. Bu il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 90 illik yubileyi ilə əlaqədar universitetin nailiyyətləri bütün sahələrdə olduğu kimi təsviri sənət sahəsində də öz əksini tapmaqdadır. Keçirilən bu sərgidə də universitetin keçdiyi zəngin və mürəkkəb tədris yolu sərginin ayrı-ayrı eksponatlarında diqqətə çatdırılır. Sərgi  Sofiya şəhərinin sənətsevərləri ilə yanaşı, Bolqarıstanın digər sənət adamlarının da böyük rəğbətini qazanmışdır. Çünki sərginin nümayişində sənət adamları, ictimaiyyətin müxtəlif nümayəndələri iştirak etmiş və respublikamıza olan maraq bir daha nümayiş olunmuşdur.

Tədbirdə Bolqarıstan Dövlət Rəssamlıq Akademiyasının rektoru, professor Svyatoslav Kokalov və Azərbaycanın Bolqarıstandakı fövqəladə və səlahiyyətli səfiri Emil Kərimov çıxışlarında Prezident İlham Əliyevin ölkəmizdə mədəniyyətin, incəsənətin və təhsilin inkişafındakı əvəzsiz rolunu və xidmətini ətraflı qeyd etdilər. Bolqarıstan və Azərbaycan xalqları arasında mədəniyyətin və incəsənətin inkişafında əhəmiyyətli rol oynayacaq bu sərginin təşkili üçün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Timuçin Əfəndiyevə minnətdarlıq bildirildi.  

Çingiz BAĞIROV,
ADMİU-nun beynəlxalq əlaqələr üzrə prorektoru 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov