Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 Aprel 2013 - №12

 

Xalq şairi ilə görüş

 

Bu günlərdə  Bakıdakı 42 nömrəli tam orta məktəbdə xalq şairi Nəriman Həsənzadə ilə görüş keçirildi.

Tədbiri  məktəbin direktoru Firəngiz Həmidova açaraq bildirdi ki,  mehribanlığı, səmimiyyəti ilə  seçilən və sevilən Nəriman müəllimlə məktəb kollektivinin bu görüşü ömür boyu yaddaşlardan silinməyəcək. Çoxdankı arzularının reallaşdığını deyən direktor dəvəti qəbul edib gəldiyinə görə xalq şairinə kollektiv adından minnətdarlığını bildirdi.

Tədbirin aparıcıları Nəriman Həsənzadənin həyat və yaradıcılığı haqqında məlumat verdilər.  Şagirdlər  Nəriman Həsənzadənin şeirlərinə bəstələnən mahnıları məharətlə ifa etdilər. Onlar xalq şairinin şeirlərini söyləyərək ona olan məhəbbətlərini, sevgilərini dilə gətirdilər. Yuxarı sinif şagirdləri Nəriman Həsənzadənin dram əsərlərindən parçalar nümayiş etdirdilər, görkəmli oftalmoloq alim, akademik  Zərifə xanım Əliyevaya, xalq artisti Zeynəb Xanlarovaya həsr etdiyi şeirləri ifa etdilər.

Sonda xalq şairi Nəriman Həsənzadə tədbirə görə məktəbin kollektivinə təşəkkürünü bildirdi. Şagirdlərə isə gözəl çıxışlarına görə çox sağ olun dedi. O, həyat yoldaşına həsr etdiyi "Ürəyim ananı istəyir, qızım" adlı şeirini söylədi. Xalq şairi tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirdi.  

Rəşad ZİYADOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov