Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 Aprel 2013 - №13

 

"Elektron təhsil" Respublika müsabiqəsinə başlanılıb

 

Aprelin 9-da Təhsil Nazirliyinin təşkil etdiyi "Elektron təhsil" Respublika müsabiqəsinə başlanılıb.  Qeyd edək ki, müsabiqə "İntel" korporasiyasının "Gələcək üçün təhsil" proqramı, "Mədəd-Azərbaycan" təşkilatı, AZEDUNET, "Ultra", "Dr.Web" və "Nar Mobile" şirkətləri tərəfindən dəstəklənir.

Müsabiqədə iştirak etmək üçün www.musabiqe.edu.az rəsmi internet səhifəsindən daha ətraflı məlumat almaq mümkündür.  "Müasir məktəbdə elektron tədris resursları" və "Təhsildə İnternet texnologiyaları" istiqamətlərində təşkil olunan "Elektron təhsil" Respublika müsabiqəsi üzrə sənəd qəbulu mayın 25-dək davam edəcək.  

Müsabiqənin keçirilməsində əsas məqsəd elektron tədris resurslarından, İnternet texnologiyalarından tədris prosesində istifadəni genişləndirmək, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün internetdən istifadənin yeni formalarını üzə çıxarmaq və informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir.

"Müasir məktəbdə elektron tədris resursları" istiqaməti üzrə müsabiqəyə elektron tədris resurslarının tədris prosesində əməli tətbiqinə aid olan materiallar təqdim edilə bilər. Bu istiqamət üzrə qaliblər "Elektron tədris vəsaitlərindən istifadə edilməklə qurulan tədris prosesinin ən yaxşı modeli" nominasiyası üzrə müəyyən olunacaq.

"Təhsildə İnternet texnologiyaları" istiqaməti üzrə müsabiqəyə təhsil məzmunlu İnternet resursları və bloqlar təqdim edilə bilər. Qaliblər "Təhsildə İnternet resursları" və "Müəllimlərin bloqları" nominasiyaları üzrə müəyyən ediləcək.

Müsabiqədə hər 3 nominasiya üzrə qalib gələnlərə noutbuk, netbuk və digər xüsusi mükafatlar təqdim olunacaq.  Məlumat üçün bildiririk ki, "Elektron təhsil" Respublika müsabiqəsi artıq dördüncü ildir keçirilir və ümumilikdə bu müsabiqəyə 2000-dən artıq layihə təqdim edilib.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov