Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 Aprel 2013 - №13

 

ADPU-da tələbələrin bədii yaradıcılıq festivalının seçim turu

 

Aprelin 9-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) ali məktəb tələbələrinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş bədii yaradıcılıq festivalının seçim turu keçirilib.

Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə ADPU-nun, Azərbaycan Texniki, Azərbaycan Memarlıq və İnşaat universitetlərinin 120-dən çox tələbəsi iştirak edib. Qaliblərin yekun konsertinin may ayının əvvəlində keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, cari il fevral ayının 6-da Təhsil Nazirliyi və ATİAHİ Respublika Komitəsinin rəyasət heyəti tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə respublikanın ali məktəb tələbələri arasında bədii yaradıcılıq festivalı keçirmək haqqında birgə qərar qəbul edilmişdir. Bədii yaradıcılıq festivalının əsas məqsədi tələbə-gəncləri vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, eyni zamanda onların incəsənət sahəsində istedadlarını üzə çıxararaq inkişaf etdirməkdir. Mart ayından başlayaraq keçirilən festivalda ölkəmizin bütün dövlət və özəl ali məktəblərinin tələbələri iştirak edirlər. 

Şakir CƏFƏROV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov