Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 Aprel 2013 - №13

 

Kaspi Təhsil Mərkəzi tərəfindən V Beynəlxalq təhsil sərgisi təşkil olunub

 

 Aprelin 6-da Bakıda Kaspi Təhsil Mərkəzi tərəfindən V Beynəlxalq təhsil sərgisi təşkil olunmuşdur.   AzərTAc xəbər verir ki, sərginin açılışında çıxış edən təhsil nazirinin müavini Qulu Novruzov Azərbaycanda beynəlxalq təhsil sərgilərinin ənənə halını aldığını bildirmişdir. Bu ənənənin təməli Kaspi Tədris Mərkəzi tərəfindən qoyulmuşdur. Hər il sərgidə iştirak edən universitetlərin sayı artır. Hər dəfə bu sərgilərdən sonra biz gənclərimizin xarici təhsil müəssisələrinə qəbul olunduğunun şahidi oluruq. Belə sərgilər Azərbaycan gənclərinin daha yaxşı təhsil alması üçün dünyanın ən qabaqcıl universitetlərinin proqramlarından bəhrələnmək imkanını yaradır.

Sərgidə, əsasən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində tələbələrin göndərilməsi üçün nəzərdə tutulan universitetlər iştirak edirlər.

Kaspi Təhsil Mərkəzinin təsisçisi Sona Vəliyeva demişdir ki, sərginin məqsədi xarici mütəxəssislərin iştirakı ilə dünyanın qabaqcıl universitetlərindəki təhsil imkanları barədə tələbə və gəncləri maarifləndirmək və Kaspi Təhsil Mərkəzinin köməyi ilə onların həmin universitetlərə çıxışlarını təmin etməkdir.

Sərgidə 8 ölkəni təmsil edən 14 müxtəlif universitet və təhsil müəssisəsi təmsil olunmuş, eyni zamanda dünyanın ən yaxşı 150 ali təhsil ocağı siyahısında olan Qlazqo, Aston, Reading universitetlərinin, həmçinin müxtəlif təqaüd proqramlarının təmsilçiləri iştirak etmişlər.

Sərgidə təmsil olunan universitetlər və digər ölkələrin təhsil sistemi ilə yaxından tanışlıq imkanı yaradılmışdır. Xaricdə təhsilə maraqlı olan gənclərin universitetlərin nümayəndələri ilə görüşləri və birbaşa konsultasiya almaları üçün sərginin növbəti günü Kaspi Təhsil Mərkəzində seminar və təqdimatlar təşkil olundu.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov