Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 Aprel 2013 - №13

 

AMİ-də Məhsəti Gəncəvinin 900 illik yubileyinə həsr olunmuş tədbir

 

 Aprelin 8-də Azərbaycan Müəllimlər İnstitutunda görkəmli Azərbaycan şairəsi Məhsəti  Gəncəvinin yaradıcılığının 900 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Tədbiri giriş  sözü  ilə açan institutun rektoru,  Milli Məclisin deputatı, professor  Aqiyə Naxçıvanlı qeyd etdi  ki,  XI əsrin sonu-XII əsrin əvvəllərində yaşamış böyük Azərbaycan şairəsi Məhsəti Gəncəvi Azərbaycan və müsəlman intibahının parlaq nümayəndələrindən biridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2013-cü il yanvarın 16-da görkəmli şairə Məhsəti Gəncəvinin 900 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Görkəmli elm xadimlərinin, şairlərin, yazıçıların  yubileylərinin  keçirilməsi, onların yaradıcılıqlarının daha dərindən araşdırılması və öyrənilməsi  olduqca əhəmiyyətlidir. Rektor A.Naxçıvanlı Məhsəti Gəncəvinin 900 illik yubileyi YUNESKO-nun görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin qeyd olunması proqramına da daxil edildiyini bildirdi.

Sonra Azərbaycan ədəbiyyatı və onun tədrisi metodikası kafedrasının  müdiri,  filologiya elmləri  doktoru Ramil Əliyev "Məhsəti və Əmir Əhməd dastanı" mövzusunda çıxış etdi. O qeyd etdi ki, dastanın əsas mövzusu Məhsəti Gəncəvinin  həyatından, onun sevgisindən ibarətdir. Məhsəti Gəncəvi Azərbaycanın elə şairlərindəndir ki, onun  yaşadığı  dövr, mühit, ictimai-siyasi həyat şairənin yaradıcılığına bilavasitə təsir edib. Şairə böyük Azərbaycan  şairləri  olan  Əbül-üla Gəncəvi, Xəqani, Nizami Gəncəvi və  digərləri ilə bir dövrdə yaşayıb-yaradıb. 

Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri, professor Fikrət Xalıqov "Məhsəti yaradıcılığında şəhraşublar", Azərbaycan ədəbiyyatı və onun tədrisi metodikası kafedrasının dosenti Əlizadə Əsgərli "Məhsəti necə varsa", dosent Seyfəddin  Rzayev  "Məhsətişünaslığın aktual problemləri" mövzularında çıxış etdilər.

Tədbir boyunca tələbələrdən Yunis Sadıqov, Günay Qəbudərova, Məlahət  Ələsgərli və Suadə Zeynalova Məhsəti Gəncəvinin rübailərindən parçalar səsləndirdilər. Qeyd edək ki, institutun kitabxanasında M.Gəncəvinin 900 illik yubileyi ilə əlaqədar şairənin yaradıcılığını əks etdirən guşə hazırlanmış, oxu zalında bədii qiraət keçirilmişdir.  

AMİ-nin Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov