Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 Aprel 2013 - №13

 

ADU-da "Dolu" filminin təqdimatı

 

Aprelin 10-da Azərbaycan Dillər Universitetində (ADU)  yazıçı, Milli Məclisin deputatı Aqil Abbasın eyni adlı romanı əsasında yazdığı ssenariyə Elxan Cəfərovun rejissorluğu ilə çəkilən "Dolu" filminin təqdimatı keçirildi.

Təqdimat mərasimində çıxış edən ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov qonaqları salamlayaraq onları universitetdə görməkdən məmnunluğunu ifadə etdi.  Rektor çıxışında  bu yaxınlarda Aqil Abbasın Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə Prezident İlham Əliyev tərəfindən "Şöhrət" ordeni ilə təltif olunduğunu diqqətə çatdırdı.

Sonra çıxış edən  yazıçı, Milli Məclisin deputatı Aqil Abbas  ADU-nun Azərbaycan təhsil sistemində xüsusi xidmətlərinin olduğundan bəhs etdi. O vurğuladı ki, ADU Azərbaycanın dünyaya tanıdılmasında mühüm rol oynayır.

Filmin ölkəmizlə yanaşı, bir sıra xarici ölkələrdə də nümayiş olunduğu qeyd edildi.

Filmin sujet xəttindən danışan  A.Abbas yaradıcı heyəti tədbir iştirakçılarına təqdim etdi.

 Sonra filmin nümayişi keçirildi. Rektor Səməd Seyidov "Dolu" filmini yüksək qiymətləndirərək bu əsərin ekranlaşdırılmasının  böyük əhəmiyyət kəsb etdiyini bildirdi. İşğal altında olan torpaqlarımızın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında azad ediləcəyinə inamını ifadə etdi.

Film Qarabağ müharibəsində heç nəyə baxmayaraq Vətən uğrunda son damla qanına qədər döyüşən Azərbaycan oğullarının qəhrəmanlıqlarından bəhs edir. Uğurlu ekran əsəri kimi rejissor finalda tamaşaçıda qələbəyə inam hissini aşılaya bilib. 

Şakir CƏFƏROV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov