Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Aprel 2013 - №14

 

Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, xalq şairi Nigar Rəfibəylinin 100 illik yubileyinin keçirilməsi haqqında
Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

"Nigar Rəfibəylinin 100 illik yubileyinin keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 4 mart 2013-cü il tarixli, 2764 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə  

ƏMR EDİRƏM: 

1. Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, xalq şairi Nigar Rəfibəylinin 100 illik yubileyinin keçirilməsinə dair Təhsil Nazirliyinin Tədbirlər Planı təsdiq edilsin  (əlavə olunur).

2. Naxçıvan MR təhsil naziri, rayon, şəhər təhsil şöbələrinin, idarələrinin müdirləri, ali, orta ixtisas və nazirliyin birbaşa tabeliyində olan ümumtəhsil müəssisələrinin rəhbərləri Tədbirlər Planının icrasını təmin etsinlər və görülmüş işlər barədə 15 oktyabr 2013-cü il tarixinədək nazirliyə məlumat versinlər.

3. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan  müəllimi" qəzetində dərc olunmasını və Tədbirlər Planı ilə birlikdə nazirliyin İnternet səhifəsində yerləşdirilməsini təmin etsin.

4. Ümumi şöbə (X.Fərəcov) əmr və Tədbirlər Planının çoxaldılıb yerlərə göndərilməsini təmin etsin.

5. Əmrin icrasına nəzarət nazir müavini Q.Novruzova həvalə olunsun.  

Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
11 aprel 2013-cü il

 
 
 
Səhifənin başına qalx "Qanunvericilik" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov