Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Aprel 2013 - №14

 

BDU ilə Slovakiyanın Sladkoviçovo Ali Məktəbi arasında Anlaşma Memorandumu imzalanıb

 

Aprelin 16-da Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Slovakiya Parlamentinin Elm və Təhsil Komitəsinin sədri, Sladkoviçovo Ali Məktəbinin rektoru, professor Moymir Mamoykanı, Sladkoviçovo Ali Məktəbinin elm və xarici əlaqələr üzrə prorektoru, professor Miroslav Danişi, Azərbaycanın Slovakiyadakı Fəxri konsulu, Sladkoviçovo Ali Məktəbinin İdarə Heyətinin sədri, professor  Cəlal Qasımovu və Slovakiya səfirliyinin əməkdaşı Dominika Fifikovanı qəbul edib.

Rektor BDU-nun yaranma və inkişaf tarixindən, dünyanın aparıcı ölkələrinin ali məktəbləri ilə ikitərəfli əlaqələrdən danışıb, Slovakiyanın Sladkoviçovo Universitetilə də elm və təhsil sahəsində  münasibətlərin inkişaf etdirilməsində  maraqlı olduğunu bildirib.

Təmsil etdiyi universitet barədə məlumat verən professor Moymir Mamoyka da öz növbəsində BDU ilə əməkdaşlıqda maraqlı olduğunu qeyd edib.

Daha sonra universitetlərarası beynəlxalq əlaqələrin inkişafı barədə Anlaşma Memorandumu imzalanıb.

Qeyd edək ki, Memorandumda tədqiqatçı, aspirant və magistrantların mübadiləsi, birgə layihələr üzərində elmi araşdırmaların aparılması, alimlərin və müəllimlərin ixtisaslarını artırmaq məqsədilə təcrübə mübadiləsinin həyata keçirilməsi kimi məsələlər əks olunub. Bundan başqa, birgə seminar və konfransların təşkili, qarşılıqlı maraq doğuran layihə və proqramlarda birgə iştirak da nəzərdə tutulub.

Sonra qonaqlar BDU-nun laboratoriyaları və elmi mərkəzlərində olublar. Qonaqlar universitetdən xoş təəssüratla ayrılıblar. 

BDU-nun Mətbuat və informasiya şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov