Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Aprel 2013 - №14

 

ADU-nun rektoru Səməd Seyidovun kitabı məşhur amazon.com saytında

 

Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovun "Yaradıcılığın fenomenologiyası: tarix, paradokslar, şəxsiyyət"  (Phenomenology of Creativity: History, Paradoxes, Personality) adlı kitabı ABŞ-da və Böyük Britaniyada ingilis dilində nəşr olunub və məşhur amazon.com saytında yayımlanıb. Məşhur və nüfuzlu amazon.com saytında professor Səməd Seyidovun müəllifi olduğu kitabın yayımlanması bir azərbaycanlı alimin uğurudur.

Xatırladaq ki, 2011-ci ildə kitab Azərbaycan dilində də nəşr olunmuşdu.  Kitab  ilk dəfə 2009-cu ildə rus dilində işıq üzü görüb.  Kitabın rəyçiləri  Rusiya Elmlər Akademiyasının müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor A.B.Dmitriyev və psixologiya elmləri doktoru, professor Q.İ.Yefremovadır.

Qeyd edək ki, professor Səməd Seyidov Gürcüstan Təhsil Elmləri Akademiyasının fəxri akademiki, Latviya Elmlər Akademiyasının Beynəlxalq Alimlər Şurasının və ABŞ Psixoloqlar Assosiasiyasının üzvüdür.  O, Azərbaycan və Fransa arasında humanitar və elmi əlaqələrin inkişafında töhfələrinə görə 2011-ci ildə Fransanın Fəxri Legion Ordeni ilə təltif edilib.

Professor S.Seyidov yerli və beynəlxalq nəşriyyatlarda çap edilmiş 100-dən çox elmi məqalələrin, dərsliklərin və monoqrafiyaların müəllifidir. 

ADU-nun Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov