Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 Aprel 2013 - №15

 

Riqa Texniki Universitetinin nümayəndə heyəti Bakı Dövlət Universitetində olmuşdur

 

Aprelin 24-də Riqa Texniki Universitetinin rektoru, professor Leonid Ribiskisin başçılıq etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olmuşdur.

Bakı Dövlət Universiteti mətbuat və informasiya şöbəsindən AzərTAc-a bildirmişlər ki, BDU-nun elm və innovasiyalar üzrə prorektoru, professor Aydın Kazımzadə, tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, professor İradə Əliyeva, beynəlxalq əlaqələr və əməkdaşlıq üzrə prorektoru, dosent Şəlalə Məmmədova və sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, professor Sani Hacıyevin iştirak etdikləri görüşdə müvafiq əməkdaşlıq müqaviləsinə uyğun olaraq həyata keçirilmiş tədbirlər barədə fikir mübadiləsi aparılmışdır.

Həmçinin əməkdaşlığın daha da səmərəli olması üçün tələbə mübadiləsinin, eləcə də birgə layihə və proqramlarda iştirak etməyin vacibliyi vurğulanmışdır.  Qeyd edək ki, Riqa Texniki Universitetində Fransa, Almaniya, İtaliya, İspaniya, Hindistan, Çin, ABŞ, Rusiya, Türkiyə və digər ölkələrdən tələbələr də oxuyurlar. Universitetin əsas tədqiqat istiqamətlərinə mühəndislik elmi, informasiya texnologiyaları, üzvi kimya, memarlıq və mühəndislik iqtisadiyyatı daxildir.

Qonaqlar BDU-nun tədris şəraiti ilə də tanış olmuşlar.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov