Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 Aprel 2013 - №15

 

"Ali təhsil müəssisələri üçün tədris planları və kurikulumların hazırlanması, insan ehtiyatları və universitetlərin idarə olunması" mövzusunda seminar

 

22-24 aprel 2013-cü il tarixlərində Bakıda Azərbaycan Respublikası ilə İSESKO arasında əməkdaşlıq proqramı çərçivəsində "Ali təhsil müəssisələri üçün tədris planları və kurikulumların hazırlanması, insan ehtiyatları və universitetlərin idarə olunması" mövzusu üzrə milli seminar keçirilmişdir. 3 gün davam edən tədbirdə yerli mütəxəssislərlə yanaşı İSESKO-nun nümayəndəsi Dr.Məhəmməd Helal və Malayziyanın Beynəlxalq İslam Universitetinin nəzdində Təhsil Problemləri İnstitutunun professoru Dr.Nik Ahmad Hişam da iştirak etmişlər.

Qeyd edək ki, tədbirin əsas məqsədi ali təhsil müəssisələri üçün fənn kurikulumlarının hazırlanması, təhsilin keyfiyyətinin planlaşdırılması, ali təhsil müəssisələrinin idarə olunmasında yeni tendensiyaların tətbiqi, universitetlərlə iş adamları arasında əməkdaşlıq, elmi-tədqiqat işlərinin planlaşdırılması, doktorantura təhsilində islahatlar və digər məsələlərin müzakirəsindən ibarət  olmuşdur.

Tədbirdə çıxış edən Təhsil Nazirliyinin Elm şöbəsinin müdiri Gültəkin Hüseynova nəzərə çatdırmışdır ki, seminar bizə imkan verəcək ki, müstəqillik illərində Azərbaycan təhsil sisteminin keçdiyi yola bir daha nəzər salaq, bu yolda olan  çətinlikləri, yaranmış problemləri və əldə olunan nəticələri təhlil edək, gələcək perspektivləri müəyyənləşdirək.  1999-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş "Təhsil sahəsində İslahat Proqramı" ölkəmizdə təhsilin inkişaf strategiyasını və islahatların mərhələlərini müəyyənləşdirmişdir. Ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə ölkəmizdə Azərbaycan gənclərinin elmə, təhsilə yiyələnməsi və hərtərəfli inkişafı üçün geniş imkanlar açılmışdır.  G.Hüseynova bildirmişdir ki, hazırda "Elm haqqında" qanun layihəsi hazırlanır və artıq Milli Məclisin müvafiq komitəsi həmin layihəni müzakirə üçün ali təhsil və elmi tədqiqat-müəssisələrinə göndərmişdir.

Seminarda yerli mütəxəssislər və Malayziyadan gəlmiş ekspertin - Nik Ahmad Hişam İsmailin iştirakı ilə ali təhsilin müqayisəli təhlili aparılmışdır.

Seminarın sonunda iştirakçılara sertifikatlar təqdim edilmişdir. 

Niyazi RƏHİMOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov