Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 Aprel 2013 - №15

 

AMİ-nin Şamaxı filialında "dəyirmi masa"

 

 AMİ-nin Şamaxı filialında ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər keçirilir. Aprelin 19-da "Azərbaycan ədəbiyyatının tarixi inkişafında Heydər Əliyev mərhələsi" mövzusunda keçirilmiş "dəyirmi masa" bu tədbirlərdən biri oldu.

Tədbir ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyəti illərində ədəbiyyat və incəsənət xadimləri ilə görüşlərini, yubiley mərasimlərində, görkəmli şəxsiyyətlərin abidələrinin, ev-muzeylərinin açılışında çıxışlarını əks etdirən filmin nümayişi ilə başlamışdır.

Filialın direktoru, filologiya elmləri üzrə fəlsəfə doktoru Tünzalə Yusifova tədbiri giriş sözü ilə açaraq ümummilli lider Heydər Əliyevin istər birinci, istərsə də ikinci hakimiyyəti illərində milli mənəvi dəyərlərimizin qorunması, tətbiqi, tədqiqi və nəşri sahəsində tarixi xidmətlərindən bəhs etmişdir. Vurğulanmışdır ki, ulu öndər Heydər Əliyev Azərbaycan ədəbiyyatının klassiklərinin tədqiqi və nəşri, yubiley mərasimlərinin keçirilməsi, abidələrinin, muzeylərinin yaradılması sahəsində əvəzolunmaz işlər görmüşdür. İlk dəfə 1974-cü ildə dahi Azərbaycan şairi İ.Nəsiminin 600 illik yubileyinin YUNESKO-nun xətti ilə keçirilməsi, "Kitabi-Dədə Qorqud" dastanlarının 1300 illik möhtəşəm yubiley tədbirləri məhz bu dahi şəxsiyyətin adı ilə bağlıdır.  Humanitar və xüsusi fənlər kafedrasının müdiri, dosent M.Alıcanov "Heydər Əliyev - Azərbaycan mədəniyyətinin qarantı", dil, ədəbiyyat və onların tədrisi metodikası kafedrasının  müdiri E.Eminalıyev "Heydər Əliyev və türk xalqları ədəbiyyatı", həmin kafedranın müəllimi R.Quliyeva "Azərbaycan ədəbiyyatında əbədi obraz" mövzularında maraqlı çıxışlar etmişlər. Tələbələrdən Elvin Bəhrəmov, Əfruz Əhmədli, Natəvan Zülfiqarova, Səxavət Cəfərov mövzu ətrafında çıxış edərək ulu öndərin mədəniyyətimizin inkişafındakı tarixi rolunun gənclər tərəfindən böyük sevgi ilə öyrənildiyini bildirmişlər.

Filialın kitabxanasında ümummilli lider Heydər Əliyevin yubileyi ilə əlaqədar kitab sərgisi təşkil edilmiş, ulu öndərin diqqət və qayğısı sayəsində nəşr olunmuş nüsxələr nümayiş etdirilmişdir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov