Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

3 May 2013 - №16

 

Şimali Kiprin Doğu Akdeniz Universitetində təhsil alan gənclərimiz mükafatlandırılmışlar

 

Şimali Kiprin Doğu Akdeniz Universitetində təhsil alan azərbaycanlı gənclər "Şərəf" və "Yüksək şərəf" təqaüdləri ilə mükafatlandırılmışlar. Təltif olunan tələbələrin 43-ü azərbaycanlıdır.

Mükafata layiq görülən azərbaycanlı tələbə Cəfər Mənsimi AzərTAc-a bildirmişdir ki, təhsil ocağının rektor müavini Osman Yılmaz tələbələri təbrik etmiş, onlara uğurlar arzulamışdır.

Cəfər Mənsimi demişdir ki, biz azərbaycanlı tələbələrin xaricdə təhsil alması üçün yaradılmış bütün imkanlara görə Prezident İlham Əliyevə təşəkkür edirik. "Əminəm ki, bütün tələbələrimiz bu etimadı doğruldaraq peşəkar kadrlar kimi Azərbaycana geri dönəcəyik".

Doğu Akdeniz Universitetində hazırda 14 min, o cümlədən 490 azərbaycanlı tələbə təhsil alır. Azərbaycanlı tələbələr təhsillərində müvəffəqiyyətləri və fəallıqları ilə seçilirlər. Universitet rəhbərliyinin qərarı ilə azərbaycanlı tələbələr təhsil haqqının yarısından azaddırlar.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov