Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

3 May 2013 - №16

 

Ulu öndərin ideya-nəzəri irsinə həsr olunmuş elmi-praktik konfrans

 

Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialında ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar kompleks tədbirlər həyata keçirilməkdədir. Filialda ümummilli liderimizin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən zəngin guşə və sərgi fəaliyyət göstərir. Burada düzənlənən tədbirlərdən öncə dahi şəxsiyyətin şərəfinə Qazax şəhərində ucaldılmış abidənin də ziyarəti ənənəyə çevrilmişdir. Yubiley çərçivəsində ali təhsil müəssisəsində reallaşdırılan "Heydər Əliyevin ideya-nəzəri irsində insan amili" mövzusunda elmi-praktik konfrans iştirakçıları ənənəyə sadiq qalmaqla ulu öndərin xatirəsinə rəğbət və məhəbbətlərini bir daha nümayiş etdirmişlər.

Konfransı giriş sözü ilə Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gülayə Həsənova açaraq bildirmişdir ki, Heydər Əliyev Azərbaycan xalqının, bütövlükdə türk dünyasının yetirdiyi nadir tarixi şəxsiyyətlərdəndir. Onun görkəmli dövlət xadimi, mahir siyasətçi və təşkilatçı kimi nəsillərə miras qoyduğu irs bənzərsiz zəngin xəzinədir. Bu xəzinədə toplanan nə varsa, ilk növbədə, xalqımızın, cəmiyyətimizin, insanların inkişafına, rifah halının yüksəlməsinə xidmət edir. Qazax rayonunun sakinləri də bunu öz şəxsi həyatlarında, bölgənin hərtərəfli tərəqqisində görür, duyur və dəyərləndirirlər.

AMİ-nin Qazax filialının direktoru, dosent Afaq Qasımovanın məruzəsində ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi iki müxtəlif dövrün konkret faktlarla xarakteristikası verilmişdir. O demişdir ki, Heydər Əliyev həyat və fəaliyyətinin bütün dövrlərində xalqımız, respublikamız, Azərbaycan və azərbaycanlılar barədə düşünmüş, tərəqqiyə aparan yolların nəzəri əsaslarını müəyyənləşdirməklə kifayətlənməmiş, bunların reallığa uyğunluğunu praktik həyatda sübuta yetirmişdir. Məruzədə ulu öndərin milli istiqlalımızın bərpasında və qorunmasında, Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun yüksəlişində, dünya dövlətləri sırasında layiqli yerini tutmasındakı yorulmaz səyləri ətraflı təhlil olunmuşdur. Məruzəçi Heydər Əliyev irsinin fövqündə insana, onun hərtərəfli inkişafına diqqət və qayğının dayandığını vurğulamış, bunun müsbət nəticələrini təhsil sisteminin inkişafında da göstərdiyini demişdir. A.Qasımova dahi şəxsiyyətin vəsiyyətlərinə daim layiqincə əməl olunduğunu, onun yaratdığı təməllərin daha da möhkəmləndirildiyini nəzərə çatdırmış, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının şəxsində xalqımızın etibarlı varisə, dövlət xadiminə malik olmasından qürur duyduğunu demişdir.

Sonra məruzə ətrafında çıxışlar olmuşdur. Filialın dosenti Məmməd Yusifov, kafedra müdiri İradə Arixova, baş müəllim Aygün Əliyeva, tələbələrdən Pərviz Bayramov və başqaları mövzunun müxtəlif aspektləri ətrafında fikir və mülahizələrini səsləndirmiş, Heydər Əliyev fenomeninin onların həyat amalı olduğunu söyləmişlər.

Konfransda təhsildə və ictimai işlərdə fərqlənən 27 tələbəyə filial rəhbərliyinin fəxri fərmanları təqdim olunmuşdur. Tədbirin sonunda konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına müraciət ünvanlanmışdır. Müraciətdə dövlət başçısının daxili və xarici siyasətinin bəyənildiyi bildirilir və ali məktəbin müəllim-tələbə kollektivinin növbəti Prezident seçkilərində onu yekdilliklə dəstəkləyəcəyi göstərilir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov