Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

3 May 2013 - №16

 

Sağlamlıq imkanları məhdud uşaqlar üçün distant təhsil

 

Distant təhsilin inkişaf etdirilməsi və sağlamlıq imkanları məhdud olan uşaqların təhsil imkanlarını artırmaq məqsədi ilə "Elektron Təlimləndirən Sistemlər" layihəsi həyata keçirilir. "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dovlət Proqramı" çərçivəsində reallaşdırılan "Elektron Təlimləndirən Sistemlər" layihəsinin əsas məqsədi evdə təhsil alan sağlamlıq imkanları məhdud uşaqların distant təhsilə cəlb edilməklə cəmiyyətə inteqrasiya olunmasına dəstək vermək,  təhsil almaq imkanlarını yaxsılasdırmaq, eləcə də kompüter, elektron resurslardan istifadə bacarıqlarının artırılması və İnternetə çıxış imkanlarının yaradılmasıdır.

Layihə çərçivəsində 60 sagird və 10 müəllim heyətinə ən yeni texnologiya və proqram təminatları ilə təchiz olunmuş noutbuklar verilmiş, 60 şagirdin evinə İnternet xətti çəkilmiş, şagirdlərin dərs prosesinin idarə edilməsi məqsədi ilə 20 nömrəli məktəb-liseydə Distant Təhsil Mərkəzi yaradılmışdır. "Elektron Təlimləndirən Sistemlər" layihəsinin əsas komponentlərindən olan Distant Təhsil Mərkəzi xüsusi qayğıya ehtiyacı olan sagirdlərin distant tədris metodları vasitəsi ilə orta təhsilini təmin edir. Mərkəzin otaqlarında yüksək sürətli fiberoptik İnternet və İntranet bağlantıları quraşdırılmışdır. "Elektron Təlimləndirən Sistemlər" təlim vəsaiti əsasında təlimçi heyəti hazırlanmış,  həmin təlimçilər xüsusi qayğıya ehtiyacı olan məktəbyaşlı uşaqlar üçün məsafədən təhsil vasitəsi ilə təlimlər təşkil etmişlər. Belə uşaqların distant təhsilinin icrasını təmin etmək məqsədi ilə müəllimlər, şagirdlər və valideynlər üçün informasiya-kommunikasiya texnologiyaları avadanlıqlarından və texniki vasitələrdən istifadəyə dair metodik vəsait hazırlanmışdır. Həmçinin onların təhsil prosesinə cəlb olunması üçün www.mesafedenmekteb.edu.az portalı yaradılmışdır. 

Hicran  ƏKBƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov