Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

3 May 2013 - №16

 

Magistrantların XIII Respublika elmi konfransı

 

Sumqayıt Dövlət Universitetində (SDU) Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə magistrantların XIII Respublika elmi konfransı keçirilmişdir. Əvvəlcə dahi liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, daha sonra Dövlət himni səsləndirilmişdir.

Konfransda çıxış edən universitetin rektoru, professor Nadir Qəhrəmanov ümummilli liderin Azərbaycan xalqı qarşısında xidmətlərindən, dövlətçiliyimizin qurulması və möhkəmləndirilməsi istiqamətindəki əvəzsiz rolundan danışmışdır. Qeyd edilmişdir ki, məhz dahi liderin həyata keçirdiyi siyasət, düşünülmüş strategiya Azərbaycanı bu gün dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə, regionun isə lokomotivinə çevirmişdir.

Vurğulanmışdır ki, ulu öndər təhsil sahəsinin inkişafına xüsusi diqqət ayırır, bu sahədə ardıcıl islahatlar həyata keçirirdi. Dahi liderin uğurlu siyasi xətti onun layiqli davamçısı İlham Əliyev tərəfindən bir qədər də şaxələndirildi. "İqtisadi potensialımızı insan kapitalına çevirməliyik tələbi bu gün bütün təhsil müəssisələrində olduğu kimi, Sumqayıt Dövlət Universitetində də uğurla həyata keçirilir", - deyə rektor bildirmişdir. N.Qəhrəmanov əlavə etmişdir ki, Sumqayıt Dövlət Universitetinin 50 illik yubileyi ərəfəsində dövlət başçısının universitetin 50 əməkdaşının təltif olunması barədə sərəncamı Prezidentimizin təhsilə və universitetimizə olan diqqətinin ifadəsidir.

SDU-da beynəlxalq və respublika konfranslarının keçirilməsinin ənənəyə çevrildiyini diqqətə çatdıran rektor bildirmişdir ki, magistrantların XIII Respublika elmi konfransı 2 gün ərzində 15 bölmədə davam edəcək.

Daha sonra ölkənin müxtəlif təhsil ocaqlarının magistrantlarının çıxışları dinlənilmişdir.  Qeyd edək ki, konfransa ölkənin 18 ali təhsil ocağından 837 magistrant qatılmışdır.  

Sumqayıt Dövlət Universitetinin Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov