Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

3 May 2013 - №16

 

Saatlının ucqar kənd məktəbində yubiley tədbiri

 

Şəhid Vidadi Zərbəliyev adına  Əliabad kənd ümumu orta məktəbi Saatlı rayonunun ucqar kəndində yerləşir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu kənddə yeni məktəb binası tikilir. Məktəbdə artıq son tamamlama işləri görülür. Növbəti dərs ilində şagirdlər ən müasir avadanlıqlarla təchiz olunmuş yeni məktəb binasında təhsil alacaqlar.

Bu günlərdə ucqar kənd məktəbində ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Şakir Əsədov müdrik şəxsiyyətin xalqımız qarşısındakı xidmətlərindən söhbət açmış, ulu öndərin uşaqlara, təhsilin  inkişafına göstərdiyi yüksək diqqət və qayğıdan danışmışdır.

Sonra məktəbin tarix müəllimi İlham Bayramov ümummilli lider Heydər Əliyevin Azərbaycanın tərəqqisi, beynəlxalq aləmə inteqrasiyası və müstəqilliyimizin əbədi və daimi olması yolundakı gərgin fəaliyyətindən söhbət açmışdır. İ.Bayramov demişdir ki, xalqımız bugünkü xoşbəxt və firavan həyata görə ulu öndər Heydər Əliyevə borcludur. Ölkəmizin dünya birliyində mövqeyinin getdikcə möhkəmlənməsinin əsasını məhz ulu öndər Heydər Əliyev qoymuşdur.

Məktəbin müəllimlərindən  Hilal Kazımov, Naibə Əsədova və Ədalət Miriyev də müdrik şəxsiyyətin təhsilə və uşaqlara qayğısından danışmışlar.

Birinci sinif şagirdlərinin  ifasında ulu öndərə həsr olunmuş ədəbi kompozisiya böyük maraqla qarşılanmışdır. Şagirdlərdən Nazilə Məmmədova, Fidan Ağayeva, Zenfira Ağayeva və Aytac Nuriyeva ulu öndərə, Vətənə və Dövlət bayrağına həsr olunmuş şeirlər söyləmişlər.

Tədbir musiqi sədaları ilə başa çatmışdır. 

Əliqismət BƏDƏLOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov