Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

3 May 2013 - №16

 

"Korrupsiya anlayışı və onun neqativ nəticələri" mövzusunda maarifləndirici dərs

 

 Bakıdakı 7 nömrəli  tam orta məktəbdə Korrupsiyaya Qarşı Mübarizə Fondunun təşəbbüsü ilə  "Korrupsiya anlayışı və onun neqativ nəticələri" mövzusunda  şagirdlər  arasında  maarifləndirici  dərs  keçirilmişdir.  

Korrupsiyaya Qarşı Mübarizə Fondunun  icraçı direktoru  Vasif Mövsümov  bildirmişdir ki, orta məktəb  şagirdləri arasında antikorrupsion dərslər keçirməklə bağlı layihə hazırlanmışdır.   Bu layihənin məqsədi şagirdləri korrupsiya kimi sosial bəla ilə  tanış etmək,  korrupsiyaya qarşı cəmiyyətdə dözülməz münasibət formalaşdırmaq və müqavimət göstərməyə  imkan yaradan  sosial  bacarıqlara yiyələnməkdə onlara kömək etməkdir.

Korrupsiyaya Qarşı Mübarizə Fondunun hüquqşünası   Nəzirməmməd  Kazımov çıxışında qeyd etmişdir ki, layihə çərçivəsində keçiriləcək  dərslər şagirdləri "korrupsiya" anlayışı ilə bağlı  maarifləndirmək  və korrupsiyaya qarşı müqavimət üsulları barədə təsəvvür yaratmaq kimi məqsədlərə xidmət edir.

Çıxışlardan  sonra "Korrupsiya anlayışı və  onun neqativ nəticələri" ilə əlaqədar  şagirdlər arasında  geniş  fikir mübadiləsi aparılmışdır. Bu müzakirələrdə   şagirdlərdən Süleyman Əliyev, Cavad  Rəhimov, Namiq Rəsulov   daha fəal iştirak etmişlər.

Maarifləndirici dərs diskussiya şəklində başa çatmışdır.  

Şakir CƏFƏROV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov