Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

10 May 2013 - №17

 

"BDU-nun dünya şöhrətli məzunu Heydər Əliyev" müsabiqəsinə yekun vurulmuşdur

 

Bakı Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir. Mərasimdən öncə BDU Elmi kitabxanasının və elmi biblioqrafiya-informasiya şöbəsinin təşkil etdiyi və ulu öndərə həsr olunmuş sərgiyə baxış olmuşdur. Tədbiri giriş sözü ilə universitetin rektoru, akademik Abel Məhərrəmov açaraq ulu öndərin vətən və xalq qarşısındakı tarixi xidmətlərindən danışmışdır. Rektor vurğulamışdır ki, xoşbəxt o xalqdır ki, onun Heydər Əliyev kimi ümummilli lideri var. Bu baxımdan Azərbaycan xalqı xoşbəxt xalqdır. Biz eyni zamanda fəxr edirik ki, Heydər Əliyev Bakı Dövlət Universitetinin məzunu və fəxri doktoru olmuşdur. Bu gün Heydər Əliyevin siyasi kursu ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan xalqı və dövləti hər zaman bu siyasətə sadiq qalacaq.

Yeni Azərbaycan Partiyasının icra katibi, BDU-nun kafedra müdiri, Milli Məclisin deputatı, professor Əli Əhmədov isə çıxışında bildirmişdir ki, bu günlərdə ölkənin hər bir yerində qeyd edilən bu tədbirləri ölkədə həyata keçirilən Heydər Əliyev siyasətinin Azərbaycan vətəndaşları tərəfindən dəstəklənməsi kimi qiymətləndirirəm. Bu da ümumxalq sevgi və məhəbbətin bariz nümunəsidir. Azərbaycanın müasir tarixi Heydər Əliyevin adı ilə bağlıdır.

İlahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev ulu öndərin Azərbaycan xalqı və tarixi qarşısındakı xidmətlərindən danışmışdır. Qeyd edilmişdir ki, Azərbaycan ikinci dəfə müstəqilliyini bərpa etdikdən sonra ölkədə yaranan gərginlik, özbaşınalıq, vəzifə davası məhz Heydər Əliyevin böyük siyasi təcrübəsi, şəxsi nüfuzu və uzaqgörənliyi sayəsində aradan qalxmışdır. Akademik ölkəmizdəki iqtisadi-siyasi stabilliyin qarantının da Heydər Əliyev olduğunu diqqətə çatdırmışdır. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Heydər Əliyevi azərbaycançılıq ideologiyasının banisi kimi təqdim edən V.Məmmədəliyev vurğulamışdır ki, müstəqil, inkişaf etmiş Azərbaycan ümummilli liderin şah əsəridir.

BDU-nun tələbələri adından filologiya fakültəsinin magistri Kəramət Nəcəfzadə çıxış etmişdir. Bununla yanaşı, filologiya fakültəsinin 1-ci kurs tələbəsi Əlihüseyn Quluzadənin ifasında Müslüm Maqomayevin "Azərbaycan" mahnısı səsləndirilmişdir. Biologiya fakültəsinin 3-cü kurs tələbəsi Sona Quluzadə isə xalq şairi Zəlimxan Yaqubun "Sənin yerin görünəcək" şeirini bədii qiraət etmişdir.

Tədbirin sonunda BDU-nun Mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova çıxış edərək ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə KİV nümayəndələri arasında elan olunan "BDU-nun dünya şöhrətli məzunu Heydər Əliyev" adlı müsabiqə haqqında məlumat vermiş və qaliblərin adlarını açıqlamışdır. Münsiflər heyətinin qəbul etdiyi qərara əsasən "Azərbaycan" qəzetinin şöbə müdiri, əməkdar jurnalist Flora Xəlilzadə birinci, "525-ci qəzet" və "Şərq" qəzetlərinin əməkdaşları Sevinc Qarayeva, Məlahət Rzayeva - ikinci, "Yeni Azərbaycan" və "Kaspi" qəzetlərinin əməkdaşları Nurlan Qələndərli, Rufik İsmayılov üçüncü yerə layiq görülmüşlər. 10 məqalə müəllifi isə həvəsləndirici mükafat almışdır. Qaliblərə mükafatları Milli Məclisin deputatları Əli Əhmədov, Fəttah Heydərov, Bəxtiyar Əliyev, Musa Qasımlı, Musa Quliyev  və digər qonaqlar təqdim etmişlər. 

BDU-nun Mətbuat və informasiya şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov