Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

10 May 2013 - №17

 

"Yeni medianın humanitar aspektləri"

 

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Yeni medianın humanitar aspektləri" mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Elmi-praktik konfransı açan fakültənin dekanı, professor Şamil Vəliyev "Ümummilli lider Heydər Əliyev və mətbuat" mövzusunda məruzə etmişdir.

Sonra beynəlxalq jurnalistika kafedrasının müdiri, professor Həmid Vəliyevin "Ümid yerimiz, iman yerimiz", professor Yalçın Əlizadənin isə "Nəsillərin həyat müəllimi" adlı məruzələri dinlənilmişdir.

Professor Nəsir Əhmədli və doktorant Pərvin Səfaqızının çıxışlarından sonra elmi-praktik konfransın materialları yerləşdirilmiş məcmuə iştirakçılara təqdim olunmuşdur. 300 səhifədən ibarət olan topluya fakültənin professor-müəllim heyəti, o cümlədən magistrant və doktorantların məqalələri daxil edilmişdir. Məcmuənin redaktoru, fakültənin elmi işlər üzrə dekan müavini, dosent Sevinc Əliyevadır. Redaksiya heyətinə fakültə, həmçinin Sankt-Peterburq və Zabaykalye Dövlət universitetləri, Belqorod Milli Araşdırmalar Universitetinin professorları da daxildir. 

Xülya SABİRLİ,
BDU-nun jurnalistika fakültəsinin IV kurs tələbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov