Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

10 May 2013 - №17

 

Məktəblilərin İnternet təhlükəsizliyinə diqqət yetirilir

 

Hazırda məktəbyaşlı uşaqlar İnternetin ən aktiv istifadəçilərindəndir. İnternet ölçülməz miqyasda informasiya mənbəyidir. Bu informasiyaların yaş məhdudiyyəti olmadan nəzarətsiz yayılması uşaqların psixikasına mənfi təsir göstərir.

Hazırda belə halların qarşısının alınması və uşaqların arzuolunmaz məlumatlara çıxışının məhdudlaşdırılması qarşıda duran ən vacib məsələlərdən biridir. "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində yaradılan Azərbaycan Təhsil Şəbəkəsində tətbiq olunan müxtəlif texnologiyalar məktəblilərin İnternet təhlükəsizliyini tam təmin edir. Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsindən verilən məlumata görə, informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə uşaqların İnternetdə təhlükəsizliyinə xüsusi diqqət yetirilir.

Yetişən gənc nəslin mənəviyyatını qorumaq, onların zərərli informasiyalardan istifadə etməsini məhdudlaşdırmaq məqsədi ilə ATS çərçivəsində Vebsens (Websense) proqramı  tətbiq olunur. Bu proqram avtomatlaşdırılmış şəkildə bütün saytları filtrasiya edir. Belə ki, İnternet-resurs qadağa qoyulan kateqoriyalara aiddirsə, ona girişi qadağan edir. Vebsens proqramı vasitəsilə İnternetdə yerləşdirilən video və audio fayllara da çıxışı məhdudlaşdırmaq mümkündür. Bu texnologiya İnternet-axtarış sistemlərində müxtəlif dillərdə 60-a qədər kateqoriya üzrə zərərli informasiyanın axtarışını məhdudlaşdırır və uşaqların zərərli məzmundan müdafiəsini maksimum səviyyədə təmin etməyə imkan yaradır.

Təhsil Nazirliyində "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində İnternet məzmunun təhlükəsizliyinin təmin olunması məqsədi ilə İnternetdən istifadə məsələləri üzrə şura yaradılmışdır. Bu qurum zərərli informasiya kateqoriyalarını müəyyənləşdirir və həmin kateqoriyaların tətbiqini tənzimləyir. 

Hicran ƏKBƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov