Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 May 2013 - №18

 

AMİ-də ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş müsabiqələrin qalibləri təltif olunmuşlar

 

Azərbaycan Müəllimlər İnstitutunda ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr olunmuş esse yazı, bədii qiraət, rəsm, əl işləri müsabiqələrinin, şahmat, dama turnirlərinin, futbol çempionatının nəticələri ulu öndərimizin doğum günü ərəfəsində institutun fakültələri arasında keçirilmiş "Gül müsabiqəsi" tədbirində açıqlanmışdır.

AMİ-nin rektoru, Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı tədbiri giriş sözü ilə açaraq qeyd etmişdir ki, bu gün dövlətimizin dünyanın qabaqcıl dövlətləri arasında nüfuz sahibi, ən uğurlu inkişaf yolu keçən ölkələrin sırasında olması ulu öndərimizin vətənpərvərlik hisslərindən qaynaqlanan uğurlu siyasətinin nəticəsidir və bu siyasət ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

İnstitut rəhbərliyinin, professor-müəllim heyətinin və tələbələrin iştirakı ilə xüsusi ayrılmış yerdə sərgilənən tələbələrin rəsm əsərlərinə, əl işlərinə, gül-çiçəklərə baxış keçirilmişdir. Daha sonra müsabiqələrin qalibləri açıqlanmışdır.  

Rəsm müsabiqəsində Nərmin İsmayılova I, Mədinə Cəfərova II, Aytən Güldost  III, əl işləri müsabiqəsində Alidə Orucova I, Nigar Rəhimli II, Aydan Xəlilzadə III, "Heydər Əliyev mənim üçün kimdir?" mövzusunda keçirilmiş esse yazı müsabiqəsində Əli Nadirli I, Lalə Yolçuzadə II, Jalə Rüstəmzadə III, bədii qiraət müsabiqəsində isə Xanım Babayeva I, Ülkər Lətifova II, Allahverdiyeva III yerləri tutmuşlar.

Şahmat turnirində Sərvin Cəlilzadə I, Ramil Balayev II, Tural Hacıyev III, dama turnirində Rafiq Baloğlanov I, Gülər Məmmədova II, Qismət Ələmdarlı III yerləri bölüşmüşlər. Oğlanlardan ibarət 6 komanda arasında keçirilmiş futbol çempionatında isə birinci yerin sahibi "Psixoloqlar" komandası kubokla  təltif  olunmuşdur.

Fakültələr arasında keçirilmiş gül müsabiqəsində isə filologiya və təhsildə psixoloji xidmət fakültəsi I, pedaqoji fakültə II yeri tutmuşdur. Bütün qaliblər müvafiq diplom və hədiyyələrlə təltif olunmuşdur. 

Tədbirdə vurğulanmışdır ki, ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar nazirlik, komitə, ali təhsil müəssisələri tərəfindən keçirilmiş bir sıra müsabiqə və konfranslarda da AMİ-nin tələbələri yüksək nəticələr əldə etmişlər.

AMİ-nin Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov