Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 May 2013 - №18

 

Məktəbdə yubiley tədbiri təşkil olunmuşdur

 

Mayın 10-da Laçın rayon 34 nömrəli tam orta məktəbdə ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə məktəbin müəllim-şagird kollektivi ilə yanaşı valideynlər və digər şəxslər iştirak etmişlər. Öncə iştirakçılar məktəbdə yaradılmış ümummilli lider Heydər Əliyev guşəsinin qarşısına gül dəstələri qoymuşlar.

Azərbaycan Respublikasının Dövlət himni səsləndikdən sonra tədbiri giriş sözü ilə açan  məktəbin direktoru Fərrux Kərimov iştirakçıları salamlayaraq ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışmışdır.

Tədbirdə çıxış edən  Laçın Rayon Təhsil Şöbəsinin müdir müavini Adil Alıyev bildirmişdir ki, Azərbaycan tarixində əbədi və uca yer tutan ulu öndərimizin bənzərsiz tarixi şəxsiyyət kimi dövlətçiliyimizin təşəkkülündə və inkişafında müstəsna rolu olmuşdur. Qeyd olunmuşdur ki, 1993-cü ildə müstəqil Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyev daxili və xarici siyasətdə çox güclü, səriştəli və təcrübəli müdrik dövlət xadimi kimi qısa bir müddət ərzində bütün sahələrdə əsaslı dönüş yaratmışdır. Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanda elmin, təhsilin inkişafına xüsusi diqqət ayırmışdır.

Tədbirdə məktəbin tarix müəllimi Səadət Hüseynova ulu öndər Heydər Əliyevin şərəfli həyat yolu və misilsiz fəaliyyəti ilə bağlı geniş məruzə ilə çıxış etmişdir.

Sonra ümummilli liderin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilmişdir. Şagirdlərin ifasında şeirlər söylənmiş, mahnılar səsləndirilmişdir. 

Niyazi RƏHİMOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov