Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 May 2013 - №18

 

Sumqayıt məktəblilərinin bilik yarışması

 

Artıq bir neçə ildir ki, Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialı  Sumqayıt və onun dislokasiyasına daxil olan Ş(R)TŞ-nin IV-VIII sinif şagirdləri arasında riyaziyyat olimpiadası keçirir. Olimpiadanın yüksək səviyyədə təşkili, ona ildən-ilə marağın artması mötəbər bir bilik yarışması kimi tanınmasına səbəb olmuşdur.

Bu olimpiada artıq ənənə halını almışdır. Doqquzuncu  dəfə keçirilən olimpiada ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmişdir. Sumqayıt ŞTŞ-nin IV-VIII sinif şagirdləri (onların sayı 388 nəfər idi) arasında keçirilən olimpiada əvvəlkilərdən daha fərqli olmuşdur. Yəni, hər il qaliblərin sayı artır, nəticə yüksək olur.

Builki olimpiadada IV siniflər üzrə I yeri 13 nəfər, II yeri 14 nəfər, III yeri 14 nəfər, IV yeri 25 nəfər, V siniflər üzrə I yeri 9 nəfər, II yeri 11 nəfər, III yeri 9 nəfər, IV yeri 3 nəfər, VI siniflər üzrə I yeri 3 nəfər, II yeri 2 nəfər, III yeri  10 nəfər, VII siniflər üzrə I yeri 3 nəfər, II yeri 6 nəfər, III yeri 1 nəfər, IV yeri 2 nəfər, VIII siniflər üzrə III yeri 2 nəfər, IV yeri 3 nəfər tutmuşdur.

Olimpiada başa çatdıqdan sonra qalibləri fəxri fərmanlarla mükafatlandırılmışlar.

Olimpiadanın keçirilməsinə filialın direktoru, professor Raya Nəcəfovanın çox böyük köməyi dəymişdir.

Bu olimpiadanı keçirməyə dəstək verdiyi üçün Azərbaycan Müəllimlər İnstitutunun rektoru, Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlıya minnətdarlığımızı bildiririk. 

M.AĞAYAROV,
olimpiadanın münsiflər heyətinin sədri,
AMİ-nin Sumqayıt filialının
 əlavə təhsil üzrə direktor müavini

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov