Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 May 2013 - №18

 

İkincilərin bilik yarışması

 

Bakıdakı 308 nömrəli tam orta məktəbdə II "a" sinfində şagirdlər arasında  ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Bilik  yarışı"  keçirilmişdir.   Məktəbin direktoru Təranə Məmmədova  ulu öndərin yubileyi ilə əlaqədar  keçirilən silsilə tədbirlər və bilik yarışması barədə  məlumat vermişdir.

Şagirdlər "Günəş" və "Ulduz" komandalarına ayrılaraq özlərini təqdim etmişlər. Sinfin müəllimi Fəridə Abbasova Azərbaycan dili, riyaziyyat, həyat bilgisi fənlərindən  tərtib olunmuş sualları  şagirdlərə  təqdim etmişdir. Nəticədə hər iki komandanın şagirdləri suallara doğru-dürüst cavab verərək  yüksək bilik nümayiş etdirmişlər. Sonra şagirdlər ulu öndərə,  Azərbaycanın müstəqilliyinə və vətənə aid rus və ingilis dillərində şeirlər söyləyib, mahnı oxumuşlar. Eyni zamanda ədəbi - bədii kompozisiya da göstərilmişdir.  

Tədbirdə iştirak edən valideynlər məktəbdə  təlim-tərbiyə sahəsində görülən işlərdən razılıq edərək ulu öndər Heydər Əliyev və onun layiqli davamçısı Prezident İlham Əliyevin  Azərbaycan təhsilinə göstərdikləri diqqət və qayğıdan söz açmışlar. 

Şakir CƏFƏROV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov