Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 May 2013 - №18

 

 Azərbaycanlı və gürcü tələbələrin birgə konserti

 

Naxçıvan Dövlət Universitetində  Gürcüstanın Şota Rustaveli adına Batumi Dövlət Universitetindən gəlmiş, tələbə mübadiləsi yolu ilə ali təhsillərini bir semestr boyunca burada davam etdirmiş gürcü tələbələrin konserti olmuşdur. Hər iki ölkənin dövlət himnləri səsləndikdən sonra  universitetin tədris işləri üzrə prorektoru, dosent Seyid Surə universitetlərarası əlaqələrin inkişafından danışmışdır. Bildirilmişdir ki, 2012-ci ildə Gürcüstanın Acarıstan Muxtar Respublikasının hökumətinin sədri Levan Varşalomidzenin rəhbərliyi ilə nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına işgüzar səfər etmiş, səfər zamanı Ali Məclisin sədri Vasif Talıbovun iştirakı ilə Naxçıvan Dövlət Universitetində də görüş keçirilmiş, universitetlərarası əməkdaşlıq müqaviləsi imzalanmışdır. Qeyd olunmuşdur ki, Boloniya prosesinin prinsiplərinə uyğun olaraq tələbə mobilliyini artırmaq, tələbə mübadiləsi yolu ilə onların dünyanın başqa ali məktəblərində təhsil almalarını, digər universitetlərin tələbələrinin buraya cəlb olunmasını təmin etmək  istiqamətində universitetdə əhəmiyyətli addımlar atılmışdır. Universitetin Azərbaycan dili və ədəbiyyat müəllimliyi, fransız dili müəllimliyi, ingilis dili müəllimliyi, alman dili müəllimliyi ixtisasları üzrə 4 nəfər bakalavr 2012-2013-cü tədris ilinin I semestri ərzində təhsillərini Acarıstan Muxtar Respublikasının Şota Rustaveli adına Batumi Dövlət Universitetində, həmin universitetin 4 nəfər tələbəsi isə 2012-2013-cü ilin II semestri ərzində təhsillərini Naxçıvan Dövlət Universitetində davam etdirmişlər. Tədris işləri üzrə prorektor, dosent Seyid Surə çıxışında universitetlərarası tərəfdaşlığın prioritet istiqamətlərindən də bəhs etmişdir.

Sonra konsert proqramı təqdim olunmuşdur. Universitetin azərbaycanlı tələbələrinin də iştirak etdiyi konsertdə Azərbaycan-Gürcüstan mədəniyyətini əks etdirən musiqi nömrələri, mahnı və rəqslər, həmçinin poeziya nümunələri səsləndirilmişdir. Gürcü tələbələrin təqdim etdiyi musiqi çələngi, "Azərbaycan-Gürcüstan" dostluq mahnısının birgə ifası alqışlarla qarşılanmışdır.

Konsertin sonunda universitetin tərbiyə işləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru, professor Məmməd Rzayev gürcü tələbələrə bundan sonrakı fəaliyyətlərində, dostluq əlaqələrinin davam etdirilməsində uğurlar arzulamışdır. Gürcü tələbələr adından Azərbaycan dili və ədəbiyyat ixtisası üzrə II kursda təhsil alan Nona Nikabadze çıxış edərək universitetdə təhsil aldıqları müddətdə onlara göstərilən diqqət və qayğıya, yaradılan hərtərəfli şəraitə görə universitet rəhbərliyinə və kollektivə minnətdarlıq etmişdir. Universitetin tədris işləri üzrə prorektoru, dosent Seyid Surə təhsildə, elmi-ictimai mühitdə fərqlənən gürcü tələbələri universitetin fəxri fərmanı ilə təltif etmişdir.  

Mehriban SULTAN

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov