Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 May 2013 - №18

 

Qafqaz Universitetinin təşkilatçılığı ilə Xaçmazda II iqtisadi forum təşkil olunmuşdur

 

Mayın 12-də Xaçmazda Qafqaz Universiteti sosial-iqtisadi tədqiqatlar mərkəzinin təşkilatçılığı ilə II iqtisadi forum keçirilmişdir. Universitetin mətbuat xidmətindən verilən məlumata görə, forum dünya iqtisadiyyatında formalaşmış meyillərin müzakirəsinə həsr olunmuşdur. Müzakirələr üç istiqamətdə aparılmışdır. Birinci istiqamət qlobal iqtisadi problemlər və onlara müasir baxışları əhatə etmişdir.

Burada əsasən qlobal iqtisadi problemlərin həllinə alternativ yanaşmalar, müasir istehlak cəmiyyəti və onun iqtisadi böhranların yaranmasında rolu, eləcə də müasir dövr iqtisadiyyatının institusional məsələləri müzakirə edilmişdir. İkinci istiqamətdə müzakirələr sahibkarlığın iqtisadi inkişafdakı rolu, innovasiyalar, istehsal və marketinq münasibətlərinə yeni baxışlar, üçüncü istiqamətdə isə milli mənəvi dəyərlərin müasir iqtisadiyyatdakı rolu ilə əlaqədar olmuşdur.

Forumda universitetin rektoru, professor Ahmet Saniç və "Çağ" Öyrətim İşlətmələri Şirkəti İdarə Heyətinin sədri Ənvər Özərən çıxış edərək müzakirə olunan mövzuların əhəmiyyətini yüksək dəyərləndirmişlər.

Sonda Qafqaz Universitetinin rektoru Ahmet Saniç iştirakçılara xatirə plaketi təqdim etmişdir. 

Yusif ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov