Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 May 2013 - №18

 

Azərbaycan Müəllimlər İnstitutunda Ənvər Məmmədxanlının 100 illik yubileyi qeyd edilmişdir

 

Mayın 14-də Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, tanınmış  yazıçı, dramaturq, ssenarist və tərcüməçi Ənvər Məmmədxanlının 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə institutun rektoru, Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı açaraq qeyd etmişdir ki, Azərbaycanın milli və dünya ədəbiyyatı tarixində iz qoymuş tanınmış şair və yazıçılarının yubileylərinin geniş şəkildə keçirilməsi ölkə başçısının daim diqqət mərkəzindədir. Xalq yazıçısı Ənvər Məmmədxanlının 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ədəbiyyatımıza, xalqımızın milli mənəvi dəyərlərinə dövlət qayğısının göstəricisidir. Ə.Məmmədxanlı Azərbaycan ədəbiyyatında özünü novator yazıçı kimi təsdiqləmiş və ilk hekayələrindən başlamış, yaradıcılığının sonuna qədər Azərbaycan xalqı tərəfindən sevilmişdir. Yazıçının yaradıcılığında obraz, mövzu, ideya çox maraqlı və mənalıdır. Ə.Məmmədxanlının yaratdığı bədii nəsr, dram əsərləri, ssenariləri bu gün də aktuallığı ilə diqqəti cəlb edir.

Sonra Azərbaycan ədəbiyyatı və onun tədrisi kafedrasının dosenti İsgəndər Orucəliyev "Ənvər Məmmədxanlı dramaturgiyası", dosent Bilal Həsənli "Ə.Məmmədxanlı məktəb tədrisində", dosent Nazilə Abdullazadə isə "Ə.Məmmədxanlı hekayələrində bədii portret" mövzularında geniş məruzə ilə çıxış etmişlər.  

AMİ-nin Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov