Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 May 2013 - №18

 

Bakıda "Education USA - Alumni Fair" təhsil sərgisi

 

Mayın 11-də "Caspian Business Center"də ABŞ-ın Azərbaycandakı səfirliyinin və Bakı Təhsil Məlumat Mərkəzinin birgə təşkilatçılığı ilə "Education USA - Alumni Fair" təhsil sərgisi keçirilmişdir.

AzərTAc xəbər verir ki, səfirliyin təhsil və mədəniyyət üzrə müşaviri Kristofer Cons tədbiri açaraq bildirmişdir ki, sərginin əsas məqsədi ABŞ-da təhsilə maraq göstərənləri bu ölkənin universitetləri barədə ətraflı məlumatlandırmaqdır.

ABŞ-ın 25-dən çox nüfuzlu təhsil müəssisəsinin, o cümlədən "California", "Stanford", "Bradley", "American" və "Denver" universitetlərinin təmsil olunduğu tədbirdə tələbələrin, şagirdlərin və valideynlərin ABŞ universitetlərini bitirmiş azərbaycanlı və əcnəbi məzunlarla görüşüb onlarla məsləhətləşmək imkanı olmuşdur.

Xatırladaq ki, ABŞ Dövlət Departamenti tərəfindən dəstəklənən Bakı Təhsil Məlumat Mərkəzi 1997-ci ildən fəaliyyət göstərir. Mərkəzin əsas fəaliyyəti ABŞ-da təhsil almaq imkanları haqqında məlumat yaymaqdır.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov