Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 May 2013 - №18

 

"Uçitelskaya qazeta"dan

DNK spiralı dördlü ola bilər

 

DNT spiralının  2  nukleotid zəncirindən təşkil olunmasına dair  hər bir məktəbliyə bəlli olan həqiqətin bitkin olmadığı məlum olmuşdur. İnsan genomunda, daha dəqiq desək, xərçəng hüceyrələrində DNT-nin dördlü spiralını aşkar etmək mümkün olmuşdur.

Hələlik onların müəyyən funksiya daşıyıb-daşımaması məlum deyil, lakin alimlər güman edirlər ki, məhz onlar bədxassəli şiş hüceyrələrinin inkişafına nəzarət edirlər. Tədqiqatlar 10 il davam edib və canlı insanın hüceyrələrində in-vivo halının aşkarlanması - həqiqətən xərçəngin müəyyən olunması ilə nəticələnmişdir. Bundan əlavə, alimlər dördlü spiralın yüksək miqdarını xərçəng hüceyrələrinin inkişafı və bölünməsi prosesi ilə əlaqələndirməyə nail olmuşlar. 

Yəni, bölünməyə nəzarət etməklə xərçəngi  dayandırmaq olar. Bundan ötrü DNT-ni  bölünməyə qoymayan və bu strukturları blokadaya alan sintetik-tutucu molekulların köməyi ilə dördlü zəncirlərə və ya kvadrpuleksə hücum etmək lazımdır. "Bizim üçün dördlü strukturlardan dərman hədəfi kimi istifadə etmək, bu yeni  tədqiqat paradiqmasıdır", - deyə  Kembric Universitetinin kimya fakültəsinin professoru Şankar Balasubramaninan bildirmişdir.

Bu işlərə laboratoriyanın tədqiqatçısı Culiya Biffi rəhbərlik etmişdir. Beləliklə də  indi həkimlərin xərçəngə qarşı  daha dəqiq dərman maddələri üzərində  sınaq aparması şansı yaranmışdır, bu işdə DNT-nin dördlü spiralı kömək edəcək. 

Səhifəni hazırladılar: Yusif ƏLİYEV, Oruc MUSTAFAYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov