Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 May 2013 - №18

 

"Uçitelskaya qazeta"dan

Fiziki hazırlıq üzrə normativlər yeniləşdiriləcək

 

Hər kəs çempion olmur, lakin hər kəsə xarakter məktəbi lazımdır. Bu barədə Rusiya Federasiyasının prezidenti Vladimir Putin uşaqların fiziki tərbiyəsi sisteminin və uşaq-gənclər idmanının inkişafı haqqındakı müşavirədə demişdir.

O, habelə bildirmişdir ki, Rusiyada uşaqların üçdə-iki hissəsi 14 yaşında hansısa xroniki xəstəlikdən əziyyət çəkir, bu şagirdlərin yarısında dayaq-hərəki aparatın inkişafında, 30 faizinin ürək-damar və tənəffüs sistemində pozuntular qeydə alınır. Çağırışçıların 40 faizi hərbi xidmətçilərin fiziki hazırlığının minimal normativlərini yerinə yetirmək iqtidarında deyil. Prezident belə hesab edir ki, fiziki tərbiyəyə yanaşmaya yenidən baxmaq zəruridir. Və buna prosesin aparıcı üzvlərindən - təhsil müəssisələrinin və təhsili idarəetmə orqanlarının rəhbərlərindən başlamaq lazımdır. Onlar üçün həvəsləndirmə və məsuliyyət tədbirləri nəzərdə tutulmalıdır, təhsil müəssisələrinin işinin qiymətləndirilməsi zamanı isə fiziki hazırlığın nəticələri hökmən nəzərə alınmalıdır. Bundan əlavə, kadr çatışmazlığı aradan qaldırılmalı, metodik baza yeniləndirilməli, maddi-texniki baza təminatı həll olunmalıdır.

Yalnız 83 faiz məktəbin idman zalı vardır ki, bunların da 42 faizi yenidənqurmaya ehtiyac hiss edir.

Hər bir tədris müəssisəsində müasir idman zalı olmalıdır, - deyə Putin bildirmişdir. İdmanla istisnasız olaraq hamı məşğul olmalıdır. Sağlamlıqlarında məhdudiyyət olan uşaqlar üçün xüsusi korrektəedici proqramlar işlənib hazırlanmalıdır. Eyni zamanda, prezident Əməyə və Müdafiəyə Hazıram (ƏMH) normativlərinin yeni formatda dirçəldilməsini təklif etmişdir. Dövlətin başçısı hesab edir ki, onları ali məktəblərə daxil olarkən nəzərə almaq lazımdır. Lakin o, daha cədbedici bir adla əvəz olunmalıdır.

Səhifəni hazırladılar: Yusif ƏLİYEV, Oruc MUSTAFAYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov