Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 May 2013 - №18

 

Ədəbi-bədii kompozisiya

 

Azərbaycan xalqının ümummilli lideri, böyük siyasətçi və dövlət xadimi Heydər Əliyevin 90 illik yubileyi Bakının Binəqədi rayonunda yerləşən E.Sultanov adına 217 nömrəli tam orta məktəbdə də təntənə ilə qeyd olunmuşdur. Bu münasibətlə məktəbdə "Ulu Heydər, qalx ayağa, oyan, dur" mövzusunda ədəbi-bədii tədbir keçirilmişdir.

Tədbir Dövlət himninin ifası ilə başlanmış, ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. Tədbirdə giriş sözü söyləyən məktəbin direktoru Bənövşə Cəfərova ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycanın yaradılması, dövlətçiliyimizin möhkəmləndirilməsi, dünya azərbaycanlılarının milli birliyinə nail olunması, ölkəmizdə iqtisadi tərəqqinin əsasını qoymuş neft müqavilələrinin imzalanması, həyatın bütün sahələrinin inkişafına hədəflənmiş islahatların həyata keçirilməsi, o cümlədən təhsilimizi yeni keyfiyyət mərhələsinə yüksəldən islahat proqramının hazırlanması və yerinə yetirilməsi sahəsindəki misilsiz xidmətlərindən, yeritdiyi müdrik daxili və xarici siyasətdən danışmış, ulu öndərin Azərbaycan xalqının yaddaşında əbədi yaşayacağını vurğulamışdır.  Məktəbin XI "a" sinif şagirdi Sənəm Hüseynova Heydər Əliyevə həsr olunmuş şeir söyləmişdir. Sonra meydan II "b" sinfinin şagirdlərinə verilmişdir. Onlar müəllimləri və sinif rəhbərləri Əfşan Abdullayevanın köməyi ilə hazırladıqları "Qalx ayağa, oyan, dur, ulu öndər" adlı ədəbi-bədii kompozisiya nümayiş etdirmişlər.

Tədbirin gedişində VIII sinif şagirdləri arasında ulu öndərin həyat və fəaliyyətinə həsr olunmuş viktorina keçirilmişdir. Məktəbin tarix müəllimi Gülxanım Hüsüyevanın hazırladığı viktorinada VIII "b" sinfinin şagirdi Ayxan Usubov qalib gələrək mükafata layiq görülmüşdür.

Sonra çıxış edən qəsəbə ağsaqqallar şurasının üzvü İsmayıl Məmmədov və məktəbin direktor müavini Zərifə Yusifova tədbirin maraqlı və yaddaqalan olduğunu qeyd etmiş və təşkilatçılara minnətdarlıqlarını bildirmişlər. 

Y.ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov