Azərbaycan
Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı,
professor Səməd Seyidovun "Yaradıcılığın
fenomenologiyası: tarix, paradokslar, şəxsiyyət"
(Phenomenology of Creativity: "History", "Paradoxes",
"Personality") kitabı dünyanın məşhur "amazon.com"
saytında ən çox maraq göstərilən 100 ən yaxşı əsər
siyahısına düşmüşdür. 100 bestseller arasında ön
yerlərdən birini tutan kitab dünya üzrə 100 ən yaxşı
əsərin içərisində yer almışdır.
Xatırladaq ki, "Yaradıcılığın fenomenologiyası: tarix,
paradokslar, şəxsiyyət" adlı kitab ABŞ-da və Böyük
Britaniyada ingilis dilində nəşr olunmuşdur və məşhur
amazon.com saytında yayımlanmışdır. Məşhur və nüfuzlu
amazon.com saytında professor Səməd Seyidovun müəllifi
olduğu kitabın yayımlanması bir azərbaycanlı alimin
uğurudur. Kitab ilk dəfə 2009-cu ildə rus dilində nəşr
olunmuşdur. Kitabın rəyçiləri Rusiya Elmlər
Akademiyasının müxbir üzvü, fəlsəfə elmləri doktoru,
professor A.B.Dmitriyev və psixologiya elmləri doktoru,
professor Q.İ.Yefremovadır.
Xatırladaq ki, 2011-ci ildə kitab Azərbaycan dilində də
nəşr olunmuşdur.
ADU-nun Mətbuat xidməti |