Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 May 2013 - №18

 

Məktəblilərin hərbi paradı

 

Sumqayıt şəhərində şəhər rəhbərliyinin tövsiyəsi ilə məktəblilərin hərbi paradı keçirilmişdir. Bu artıq ənənəvi şəkil almış, şagirdlərin milli mənəvi dəyərlərimizin qorunması və gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması işində, həmçinin də fiziki cəhətdən sağlam böyümələrində müstəsna əhəmiyyət kəsb edir.  

Bu məqsədlə hər il şəhərin tam orta məktəblərində ciddi hazırlıq işləri aparılmaqla məktəblilərin hərbi paradları təşkil olunur. 

Bu tədbirlərin yekunu olaraq ulu öndərin abidəsi önündə təşkil olunmuş Sumqayıt məktəblilərinin növbəti paradında şəhərin ayrı-ayrı məktəblərini təmsil edən 3 mindən çox şagird iştirak etmişdir. Paradı  şəhər rəhbərliyi başda olmaqla  şəhərin 10 minlərlə sakini izləmişdir.      

Paradda iştirak edən məktəblilər ulu öndər Heydər Əliyevin əzəmətli abidəsi önündən keçərək şəhərin küçələri boyunca müxtəlif istiqamətlərdə hərəkət etmişlər ki, bu da sakinlərdə, ictimaiyyətdə böyük ruh yüksəkliyi yaratmış, gənclərimizin hərbi-vətənpərvərlik ruhunu daha da artırmışdır. 

Sumqayıt Şəhər Təhsil  Şöbəsinin Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov