Azərbaycan
Texniki Universitetində (AzTU) idmanın yeddi növü üzrə
üç həftədən çox davam edən komanda və şəxsi birincilik
yarışları başa çatmışdır.
AzTU-nun mətbuat xidmətindən bildirmişlər ki,
universitetin 10 fakültəsinin tələbələri və bu ali
məktəbin əməkdaşları arasında keçirilən, ümummilli lider
Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş
yarışların qalibləri müəyyən edilmişdir.
Mayın 10-da keçirilmiş mükafatlandırılma mərasimində
AzTU-nun rektoru, professor Havar Məmmədov komanda
yarışlarında və şəxsi birincilikdə yüksək yer tutan
idmançıları təbrik etmiş, onlara daha böyük uğurlar
arzulamışdır.
Qaliblərə AzTU-nun diplomları, üzərində ümummilli lider
Heydər Əliyevin şəkli olan xatirə medalları, kuboklar
təqdim edilmişdir. |