Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 May 2013 - №18

 

Həmyerlilərimiz ağır atletika üzrə dünya birinciliyində uğurla çıxış etmişlər

 

Azərbaycan milli komandasının üzvləri Perunun Lima şəhərində keçirilmiş ağır atletika üzrə gənclər arasında dünya birinciliyində uğurla çıxış etmişlər.  Azərbaycan Ağır Atletika Federasiyasından aldığımız məlumata görə,  gənclərdən ibarət kollektivimiz  Perudan 3 medalla qayıtmışdır.

Otuzdan artıq ölkənin iştirak etdiyi yarışda millimiz komanda hesabında üçüncü olmuşdur.

Dünya birinciliyində  62 kq  çəki dərəcəsində Valentin Xristov qızıl, 77 kq çəki dərəcəsində   Nicat Rəhimov gümüş,  69 kq  çəki dərəcəsində Firudin Quliyev  isə  bürünc medal qazanmışdır. 

Təkanla qaldırma yarışlarında Nailxan Nəbiyev (94 kq)  qızıl medala sahib çıxmışdır. Toplamda 365 kiloqram nəticə göstərən N.Nəbiyev eyni nəticəyə malik olan misirli rəqibi Ossama Xəttaba yalnız şəxsi çəkidə uduzmuşdur. Belə ki, atletimiz 93,11 kiloqram olduğu halda, rəqibinin çəkisi 91,61 kiloqram olmuşdur. Beləliklə, idmançımız yarışı dördüncü pillədə başa vurmuşdur.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov