Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 May 2013 - №18

 

İdman məktəbinin yetirmələri uğurlarını artırırlar

 

Bakı şəhəri  15 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (İOEUGİM) yetirmələrinin nailiyyətləri artmaqda davam edir. Bu barədə idman məktəbinin direktoru Cəmil Fətullayevdən aldığımız məlumatda bildirilir. Qeyd edilmişdir ki, basketbol üzrə 1998, 2000, 2001-ci il təvəllüdlü idmançılar arasında Bakı şəhər birinciliyi keçirilmişdir. Birincilikdə ümumilikdə 9 komanda iştirak etmişdir. 2000-2001-ci il təvəllüdlü idmançılar arasında 15 nömrəli idman məktəbinin komandası 1998-ci il təvəllüdlü idmançılar arasında isə II yeri qazanıb.

Voleybol üzrə 2000-2001-ci il təvəllüdlü oğlan və qızlar arasında keçirilən şəhər birinciliyində isə 14 komanda mübarizə aparmışdır. Qızlar arasında 7 komanda arasında 15 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin komandaları I və II yerlərin sahibi olmuşlar. Oğlanlar arasında gedən mübarizədə "Xətai 1" komandası I, "Xətai 2"  komandası isə III yerə layiq görülmüşlər.

Bundan başqa, idman məktəbinin yetirmələri ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə keçirilmiş  Bakı şəhər açıq birinciliyində qüvvələrini sınamışlar. Oğlan və qızlar arasında keçirilən birincilikdə 50 metr sərbəst üzmədə məktəbin üzgüçüləri Nizami Cəbrayılov, İranə İsgəndərova I yeri, Nahid Tarquliyev baterslayt üzgü üsulu ilə III yerə layiq görülmüşdür. Əhəd  Kərimli isə arxası üstə üzmə üsulunda III yeri tutmuşdur.  

Rəşad  ZİYADOV

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov