Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 May 2013 - №19

 

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda "Heydər Əliyev və dünya siyasəti" mövzusunda "dəyirmi masa"

 

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) "Heydər Əliyev və dünya siyasəti" mövzusunda "dəyirmi masa" keçirilmişdir.

AzərTAc xəbər verir ki, MDBMİ-nin Azərbaycan Klubunun tələbələri tərəfindən təşkil olunmuş tədbirdə məruzələr dinlənilmişdir. "Dəyirmi masa"nın iştirakçıları vurğulamışlar ki, ulu öndərin genişmiqyaslı fəaliyyəti və onun müstəqil müasir Azərbaycan dövlətinin qurulması istiqamətindəki xidmətləri əvəzsizdir. Hər bir azərbaycanlı qürur hissi ilə dahi şəxsiyyət Heydər Əliyevi təkcə keçmiş prezident deyil, həm də ümummilli lider hesab edir. Ölkəni münaqişələr və ziddiyyətlər, total iqtisadi və siyasi böhran bürüdüyü bir zamanda yenidən hakimiyyətə qayıdan Azərbaycan xalqının ümummilli lideri respublikanı yüksək inkişaf səviyyəsinə çıxara bildi.

Tarix elmləri namizədi, MDBMİ-nin Azərbaycan Klubunun fəxri sədri Natiq Əliyev Rusiyadakı Azərbaycan gənclərinin nümayəndələrindən ibarət "Azərbaycan Prezidenti İlham Əliyevə dəstək" təşəbbüs qrupunun yaradıldığını elan etmişdir. Bu qrup artıq Azərbaycanda yaradılmış və Facebook sosial şəbəkəsində rəsmi səhifəsi olan "Prezidentə dəstək" təşəbbüs qrupuna qoşulmuşdur. N.Əliyev demişdir ki, Prezidentə dəstək qrupunun ilk tədbiri "I support my President" (Mən prezidentimi dəstəkləyirəm) şüarı altında velosiped yürüşü olacaqdır.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov