Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 May 2013 - №19

 

Moskva Dövlət Universitetinin Bakı filialında "Açıq qapı günü" keçirilmişdir

 

Mayın 18-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında "Açıq qapı günü" keçirilmişdir.

Universitetdə hər il keçirilən "Açıq qapı günü"nün məqsədi bu ali məktəbdə tədris prosesi, onun fakültələri və qəbul qaydaları barədə abituriyentlərə və valideynlərə məlumat verməkdir.

MDU-nun Bakı filialında tədris rus dilində aparılır. Tələbələr pulsuz təhsil alır və bütün təhsil müddətində təqaüdlə təmin edilirlər. Bu ali məktəbdə təhsil əyani formada aparılır.

Qəbul imtahanları komissiyasının məsul katibi Aleksey Popov qeyd etmişdir ki, filialda 5 fakültə fəaliyyət göstərir: iki bölmədən - rus dili və ədəbiyyatı bölməsindən, habelə müasir Qərbi Avropa dilləri və ədəbiyyatları bölməsindən (roman-german filologiyası) ibarət olan filologiya fakültəsi, tətbiqi riyaziyyat fakültəsi, kimya fakültəsi, psixologiya fakültəsi və iki bölmədən - iqtisadiyyat və menecment bölmələrindən ibarət olan iqtisadiyyat fakültəsi.

Hər fakültəyə qəbul planı 25 nəfərdir. Filialın məzunlarına M.V.Lomonosov adına MDU-nun diplomu verilir. Keçən il filialın üç fakültəsinin - kimya, filologiya və tətbiqi riyaziyyat fakültələrinin ilk buraxılışı olmuşdur.

A.Popov qeyd etmişdir ki, filologiya fakültəsində rus dili və ədəbiyyatı bölməsinə büdcədən maliyyələşdirilən 7 yer, roman-german filologiyası bölməsinə 18 yer ayrılmışdır. Tələbələr burada ingilis, ispan və fransız dillərini və ədəbiyyatını öyrənə biləcəklər.

Keçən ildən etibarən filialda magistratura bölməsi fəaliyyət göstərir. Ötən il bu bölməyə filologiya, tətbiqi riyaziyyat və kimya ixtisasları üzrə qəbul aparılmışdır. 2012-ci ildə bu üç bölməyə 23 magistrant daxil olmuşdur.

A.Popov bildirmişdir ki, bu il psixologiya ixtisası üzrə də magistraturaya qəbul aparılacaqdır. Hər fakültədə müvafiq ixtisaslar üzrə qəbul imtahanları yazılı şəkildə aparılacaqdır.

Məsul katib bildirmişdir ki, keçən il rus filologiyası bölməsində keçid balı 130 bal, tətbiqi riyaziyyat fakültəsində 104, iqtisadiyyat fakültəsində 107, kimya fakültəsində 128 və psixologiya fakültəsində 83 bal olmuşdur. Magistraturaya sənəd qəbulu iyunun 10-dan 24-dək aparılacaqdır. Bakalavriaturada sənəd qəbulu iyulun 16-da başlanacaq və avqustun 7-də başa çatacaqdır. A.Popov bildirmişdir ki, imtahanların keçirilməsi tarixi haqqında bir qədər sonra, sənədlərin qəbulu zamanı əlavə məlumat veriləcəkdir.

Xatırladaq ki, keçən il Xocəsən qəsəbəsində filialın yeni kampusu açılmışdır. Universitetin yeni binasında tədris və idman kompleksləri, 200 nəfərlik üçmərtəbəli iki yataqxana və müəllimlər üçün 60 nəfərlik iki yaşayış korpusu yerləşir. 

AzərTAc

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov