Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 May 2013 - №19

 

Gənc alimlər üçün seminar

 

Bu günlərdə Masallı Rayon Gənclər Mərkəzində gənc alim, aspirant və magistrantlar üçün seminar keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi  gənc alimlərin yeni ixtiralarının təbliğinə və gələcəkdə tətbiq olunmasına mümkün şərait yaradacaq prinsipləri formalaşdırmaq, onların fəaliyyətini stimullaşdırmaq, səmərəli əməkdaşlıq mühitinin qurulmasına nail olmaq, bir sözlə, elm tutumlu iqtisadiyyatın formalaşmasına əlavə töhfələr verməkdir.

Seminarda Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək ölkəmizdə dövlət gənclər siyasətinin icrası istiqamətində görülən işlərdən, həyata keçirilən tədbirlərdən ətraflı bəhs etmişdir. Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov isə öz çıxışında respublikamızda elmə, təhsilə göstərilən dövlət qayğısından danışmışdır. Qeyd edilmişdir ki, bu qayğı alimlərimizin elmi tədqiqatlarının respublikamızın hüdudlarından kənarda da uğurlar qazanmasına səbəb olmuşdur. Azərbaycan alimlərinin elmi tədqiqatları dünyanın bir çox ölkəsinin elmi mərkəzlərində, simpozium və konfranslarda maraqla qarşılanmışdır.

Tədbirdə çıxış edən alimlər ölkə başçısı cənab İlham Əliyevin gənclərə, Azərbaycan elminə göstərdiyi diqqət və qayğıdan söz açmışlar.

Samirə KƏRİMOVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov