Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 May 2013 - №19

 

BSU ilə Anadolu Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır

 

Türkiyənin  Anadolu Universitetinin rektoru Davut Aydın, rektor köməkçisi Aydın Ziya Özgür və universitetin dekanı Kerim Banar  Bakı Slavyan Universitetinin qonağı olmuşlar.

BSU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor Kamal Abdullayev  universitetdə tədris olunan fənlər, aparılan tədqiqatlar və müxtəlif ölkələrin  bu ali məktəbdə fəaliyyət göstərən  dil və mədəniyyət mərkəzləri haqqında qonaqlara geniş məlumat vermişdir.

  Görüş zamanı  hər iki rektor rəhbərlik etdikləri  ali məktəblər arasında gələcək əməkdaşlığın perspektivlərini müzakirə etmişlər.  Qonaqlar BSU ilə tanış olmuş,  burada  fəaliyyət göstərən Türkiyə Araşdırmaları Mərkəzinin fəaliyyətindən məmnun qalmışlar.

BSU-nun  konfrans zalında müəllim və tələbələrlə görüşdə  Davut Aydın Anadolu Universitetindəki təhsil sistemindən danışmış və distant təhsil ilə bağlı maraqlı məlumatlar vermişdir.  Bildirilmişdir ki, BSU-nun tələbələri arzu etdikdə Bakıda  təhsillərini davam edərək,  həm də Anadolu Universitetində ikinci təhsil ala bilərlər. Qeyd edilmişdir ki, distant təhsil qiyabi ikinci təhsil sayılır. Distant təhsil o deməkdir ki, burada bütün dərslər online rejimində  aparılır  və tələbələr İnternet vasitəsilə imtahan verirlər. Rektor azərbaycanlı tələbələr üçün təhsil  imkanlarının geniş olduğunu vurğulamışdır. 

Kamal Abdullayev və Davut Aydın hər iki universitet arasında əlaqələri daha da möhkəmləndirmək və genişləndirmək məqsədilə  əməkdaşlıq haqqında  müqavilə imzalamışlar. Müqavilədə tələbə-müəllim mübadiləsi, elmi konfransların keçirilməsi, seminarların təşkil olunması, ortaq elmi araşdırmaların aparılması kimi məsələlər  əksini tapmışdır.  

Ş.DAYANDUROĞLU

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov