Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 May 2013 - №19

 

Təlim kursu beynəlxalq təlimçilər tərəfindən aparılmışdır

 

Bu günlərdə Bakıda Azərbaycan Tələbələr Birliyinin təşkilatçılığı ilə "Bərabər təhsil imkanları - müxtəlif bacarıqlar" mövzusunda beynəlxalq tədbir keçirilmişdir.

Avropa Komissiyasının  "Gənclər fəaliyyətdə"  (Youth in Action)  proqramı, eləcə də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən dəstəklənən bu tədbirin həyata  keçirilməsində əsas məqsəd yaşından, cinsindən, maliyyə və fiziki vəziyyətindən asılı olmayaraq cəmiyyətin bütün təbəqələrinə bərabər səviyyədə təhsil imkanlarının yaradılması yolları, fiziki qüsurlu şəxslər üçün təhsil imkanları, həyatboyu öyrənmə və s. ilə bağlı müzakirələr aparmaq və son nəticədə hər bir insanın başlıca hüququ olan təhsil hüququndan istifadə imkanları barədə təkliflər hazırlamaqdır. Müzakirələrin hərtərəfli aparılması, bu sahədə təcrübə və informasiya mübadiləsinə nail olmaq məqsədi ilə təlim kursuna Gürcüstan, Rumıniya, Moldova, Xorvatiya, Polşa, İtaliya və Albaniya kimi ölkələrdən iştirakçılar dəvət olunmuşdur. Təlim kursu Gürcüstan və Macarıstandan olan beynəlxalq təlimçilər tərəfindən aparılmışdır.

Tədbir müddətində iştirakçılar müxtəlif seminarlarda həm öz ölkələrinin bu sahədəki qabaqcıl təcrübəsi ilə bağlı məlumat vermiş, həm də müxtəlif təkliflərini səsləndirmişlər. Sonda həmin təkliflər aidiyyəti qurumlara təqdim edilmişdir.

Təlim kursunun iştirakçıları ölkəmizdə olduqları müddətdə Azərbaycanın tarixi, mədəniyyəti, milli mətbəxi ilə yaxından tanış olmaq imkanı əldə etmişlər. Onlar təlim kursu üçün xüsusi olaraq hazırlanmış  "Azərbaycan mədəniyyəti gecəsi"ndən böyük zövq almışlar.

Təşkilatçılar bu tədbirin gənclərin inkişafı və insan hüquqları sahəsində Azərbaycan dövlətinin atdığı müsbət addımların dünyanın ayrı-ayrı ölkələrinə çatdırılması baxımından müstəsna əhəmiyyətə malik olacağına əminliklərini ifadə etmişlər.  

Hicran ƏKBƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov