Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 May 2013 - №19

 

11 yaşlı azərbaycanlının adı Rusiyanın "Qızıl Fond"una daxil edilmişdir

 

Rusiyanın Qızıl Fonduna adı salınan ilk  azərbaycanlı, 11 yaşlı Əli Muradov növbəti uğurunu qazanmışdır. O, "Planet of talents" ("İstedadlıların planeti") adlı beynəlxalq müsabiqədə qalib olaraq ölkəmizi layiqincə təmsil etmişdir.

"Akademik vokal" nominasiyası üzrə  9-12 yaş qrupunda iştirak edərək o, "Qran-pri" mükafatına layiq görülməklə yanaşı, ən parlaq çıxışına və səhnə mədəniyyətinə görə xüsusi təşəkkürnamə ilə də mükafatlandırılmışdır. Müsabiqədə Rusiya, Belarus, Ukrayna, Qazaxıstan, Koreya da daxil olmaqla 50 ölkənin nümayəndələri  iştirak etmişlər. Novosibirsk şəhərinin 8 konsert zalında müsabiqə iştirakçılarının ifa etdikləri əsərlər Rusiyanın tanınmış incəsənət xadimlərindən  ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilmişdir. Müsabiqədən sonra Əli Muradov öz təəssüratlarını bölüşərək demişdir: "Beş minə yaxın iştirakçının hamısı istedadlı uşaqlar və gənclər idi. Belə rəqiblərimlə mübarizə aparmağın çətin olduğunu öncədən bilirdim. Lakin buna baxmayaraq, qarşıma bir məqsəd qoymuşdum ki, səhnədə bir daha Azərbaycan bayrağını qaldırım. Şükürlər olsun ki, buna nail oldum. Açığını deyim ki, "Qran-pri" mükafatına layiq görüləcəyimi  təsəvvür belə etmirdim. Ancaq beş min nəfər arasında mən buna nail oldum".

Qeyd edək ki, Rusiyanın Novosibirsk şəhərində yaşayan Əli Muradov beynəlxalq müsabiqələr və  "Qran-pri" mükafatları laureatıdır. O, Türkiyə, İspaniya, Sankt-Peterburq, Krasnoyarsk və Moskvada keçirilmiş beynəlxalq müsabiqələrdə və qala konsertlərdə iştirak etmişdir. Həmyerlimiz Əli Muradov Rusiyanın Novosibirsk vilayətinin qubernatoru Vasiliy Yurçenko tərəfindən Qubernator təqaüdünə layiq görülmüşdür. Bu yaxınlarda isə  İspaniyanın Loret De Mar şəhərində  skripka üzrə keçirilən beynəlxalq əhəmiyyətli "El  festival De Mar Y Sol" festivalında I dərəcəli  laureat diplomu ilə təltif olunmuşdur. 

Sifai SƏFƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov