Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 May 2013 - №19

 

Məktəblilərin VII spartakiadası

 

Mayın 23-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında respublika ümumtəhsil və ilk peşə-ixtisas təhsili müəssisələri şagirdlərinin VII spartakiadasının açılış mərasimi keçirilmişdir. Mərasimdə Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdiri Ağababa İbrahimov, Respublika Bədən Tərbiyəsi Mərkəzinin direktoru Qiyas Nəcəfov, Bakı Şəhər Gənclər və İdman İdarəsinin rəis müavini Aydın Yusifov və respublikanın rayonlarının təhsil şöbələrinin idman üzrə mütəxəssisləri iştirak etmişlər.

Dövlət himninin səsləndirilməsindən sonra tədbiri giriş sözü ilə Təhsil Nazirliyi Respublika Bədən Tərbiyəsi Mərkəzinin direktoru Qiyas Nəcəfov açaraq  ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışmış, yaradılmış idman infrastrukturunu yüksək qiymətləndirmişdir. Bildirmişdir ki, spartakiadanın keçirilməsində məqsəd yeniyetmələrin idmana olan marağını artırmaq, onları pis vərdişlərdən uzaq tutmaqdır.  Açılış mərasimində respublikanın 36 rayonundan 3000-nə yaxın idmançı şagirdlər qatılmışdır. Spartakiadanın proqramına 8 idman növü daxildir. Bunlar həndbol, şahmat, dama, stolüstü tennis, voleybol, basketbol, atletika və futboldur.

Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdiri Ağababa İbrahimov, Bakı Şəhər Gənclər və İdman İdarəsinin rəis müavini Aydın Yusifov çıxış edərək spartakiadada  iştirak edən məktəblilərə uğurlar arzulamış, yeniyetmə və gənclərin sağlam ruhda böyüməsi üçün dövlətimiz tərəfindən lazımi işlərin görüldüyünü bildirmişlər. 

Tədbirin sonunda spartakiadanın zona mərhələlərində fərqlənən metodist müəllimlər Təhsil Nazirliyi Respublika  Bədən Tərbiyəsi Mərkəzi tərəfindən fəxri fərman və hədiyyələrlə mükafatlandırılmışlar.  

Rəşad ZİYADOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov