Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 May 2013 - №19

 

Qarabağ müharibəsi veteranları ilə şagirdlərin görüşü

 

Mayın 16-da Bakıdakı 149 nömrəli tam orta məktəbdə bir qrup  Qarabağ müharibəsi veteranı - ehtiyatda olan zabitlərin  həmin təhsil müəssisəsinin çağırış yaşında olan şagirdləri ilə görüşü keçirilmişdir. Tədbir "Ehtiyatda və İstefada olan Zabitlər" İctimai Birliyinin "Çağırışçı gənclər arasında vətənpərvərliyin və dövlətçiliyin təbliginə dəstək" layihəsi çərçivəsində reallaşdırılmışdır.

Görüşdə Qarabağ müharibəsi veteranlarından ehtiyatda olan zabitlər  Mehman Kərimov "Gənc nəslin dövlətçiliyimizin möhkəmləndirilməsində rolu", Yaşar Cəfərli  "Hərbi hazırlıq dərslərinin gənclərin vətənpərvərlik tərbiyəsinə təsiri" mövzularında çıxışlar etmişlər.

Qarabağ müharibəsi veteranı, ehtiyatda olan çavuş Novruz Quliyev isə 1992-1994-cü illərdə Ağdam cəbhə bölgəsində erməni silahlı qüvvələrinə qarşı aparılan döyüş əməliyyatlarının canlı iştirakçısı kimi yeniyetmələrə öz cəbhə xatirələrindən danışmışdır.

Qarabağ müharibəsi veteranlarının çıxışları məktəblilər tərəfindən maraqla qarşılanmışdır. Çıxışlardan sonra veteran zabitlər yeniyetmələrin çoxsaylı suallarını cavablandırmışlar.

Sonda tədbir iştirakçılarına müxtəlif təbliğat materialları, o cümlədən layihə çərçivəsində hazırlanmış "Vətən əxlaqı" və "Əsgərin yaddaş kitabçası" adlı kitabçalar paylanmışdır. 

Samirə KƏRİMOVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov