Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 May 2013 - №19

 

"Muzey məktəblilərin təxəyyülündə" adlı sərgi-müsabiqə

 

Mayın 17-də Azərbaycan Respublikası Təhsil Nazirliyi Xalq Təhsili Muzeyinin təşkilatçılığı ilə T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının "Uşaq dünyası" rəsm qalereyasında 18 may - Beynəlxalq muzeylər gününə həsr edilmiş "Muzey məktəblilərin təxəyyülündə" adlı sərgi-müsabiqənin yekun tədbiri keçirilmişdir.

Tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, məktəbdənkənar müəssisələrin nümayəndələri, digər təhsil və mədəniyyət müəssisələrinin əməkdaşları, müəllimlər, şagirdlər və valideynlər, KİV təmsilçiləri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan Xalq Təhsili Muzeyinin direktoru L.Bayramova sərgi-müsabiqənin "Muzeylər Azərbaycan xalqının maddi və mənəvi dəyərlərini özündə ehtiva edən, onu gələcək nəsillər üçün qoruyub saxlayan və təbliğ edən mədəniyyət mərkəzidir" devizi altında keçirildiyini qeyd edərək əsas məqsədin böyüməkdə olan nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində, estetik zövqünün, dünyagörüşünün formalaşmasında, xalqın mədəni irsinə olan münasibətin aşılanmasında muzeylərin rolunu təbliğ etməkdən və muzey haqqında təsəvvürlərini öz təxəyyülünün məhsuluna çevirərək rəsmin köməyi ilə təsvir edən istedadlı gənc rəssamları üzə çıxarmaqdan ibarət olduğunu bildirmişdir.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin aparıcı məsləhətçisi T.Aslanova, Bakı Şəhəri üzrə  Təhsil İdarəsinin aparıcı məsləhətçisi R.Əliyev, T.İsmayılov adına UGYS-nin direktoru B.Ramazanova, R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinin direktor müavini E.Qasımova Xalq Təhsili Muzeyi tərəfindən belə bir mövzuda sərginin keçirilməsini müsbət qiymətləndirərək rəsmləri nümayiş etdirilən uşaqlara uğurlar arzulamışlar.

Tədbir iştirakçıları sərgi ilə tanış olduqdan sonra müsabiqənin qaliblərinə Xalq Təhsili Muzeyi tərəfindən fəxri fərman və hədiyyələr təqdim olunmuşdur. 

Niyazi RƏHİMOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov