Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 May 2013 - №19

 

Yeniyetmələr arasında Azərbaycan çempionatına yekun vurulmuşdur

 

Mayın 18-də "Sərhədçi" İdman Olimpiya Mərkəzində yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı keçirilmişdir.

Beynəlxalq Güləş Federasiyasının (FİLA) mövcud qaydalarına əsasən təşkil olunan və şəxsi xarakter daşıyan çempionatda respublikanın bütün bölgələrini təmsil edən 1996-1997-ci illər təvəllüdlü idmançılar 10 çəki dərəcəsində mübarizə aparmışlar.

Yarışın ilk günü beş çəki dərəcəsi üzrə  sərbəst güləşçilər xalça üzərinə çıxmışlar. Maraqlı idman mübarizəsi şəraitində keçən yarışda Sabutay Əmişov (42 kq), Mahir Əmiraslanov (50 kq), Məhəmmədəli Əliyev (58 kq), Əbdulmüslim Muxiddinov (69 kq) və Nurməhəmməd Hacıyev (85 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.

Yarışın əsas məqsədi ölkə ərazisində güləş idman növünün təbliği və inkişafına nail olmaq, respublikada fəaliyyət göstərən idman təşkilatlarında təlim-məşq prosesini təkmilləşdirmək və müvafiq yaş qrupu üzrə mükafata layiq yerlər tutmuş idmançıları yığma komandalara cəlb etməkdir.            

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov