Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 May 2013 - №20

 

Təhsil naziri Şirvan şəhərində Aran bölgəsindən olan vətəndaşları qəbul etmişdir

 

Mayın 25-də təhsil naziri Mikayıl Cabbarov Şirvan şəhərindəki mədəniyyət evində bu şəhərdən, eyni zamanda, Salyan, Neftçala, Biləsuvar, Saatlı, Sabirabad, İmişli, Hacıqabul və Kürdəmir rayonlarından olan vətəndaşları qəbul etmişdir.

AzərTAc xəbər verir ki, nazirliyin tabeli qurumlarının rəhbərlərinin də iştirak etdikləri qəbulda işə qəbul, məktəb və uşaq bağçalarının tikintisi, təmiri və onların maddi-texniki bazasının gücləndirilməsi, təhsil haqqı və köçürmələrlə, eləcə də nazirliyin fəaliyyət istiqamətinə aid olan digər məsələlərlə bağlı müraciətlər dinlənilmişdir.

Qəbulda qaldırılan məsələlərin demək olar ki, əksəriyyəti yerindəcə həll olunmuş, digər müraciətlər isə köməklik göstərilməsi məqsədilə nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilmişdir.

Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınmış və nəzarətə götürülmüşdür.
 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov