Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 May 2013 - №20

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada RAGB-nin illik "Nə? Harada? Nə vaxt?" turniri təşkil edilmişdir

 

Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada RAGB-nin illik "Nə? Harada? Nə vaxt?" turniri təşkil edilmişdir.

Turnirin təşkilatçısı Natiq Əliyev qeyd etmişdir ki, builki turnir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin yubileyinə həsr edilmişdir.

AzərTAc xəbər verir ki, intellektual turnirdə 150 nəfəri birləşdirən 26 komanda iştirak etmişdir. Turnirin aparıcısı, "Büllur bayquş" mükafatının sahibi Rövşən Əsgərov bu turnirin təşkilinin dəstəklənməsinə görə RAGB-nin sədri Leyla Əliyevaya təşəkkürünü bildirərək qeyd etmişdir ki, Rusiyada yaşayan azərbaycanlı gənclər bu intellektual oyunda böyük həvəslə iştirak edirlər. R.Əsgərov bu cür tədbirlərin müasir Azərbaycan gəncləri üçün vacibliyini vurğulamışdır.

"Büllur bayquş" mükafatının digər sahibi Vladimir Antoxin bu turnirə xüsusi dəvət edilmiş qonaq kimi gəlmişdi.

İntellektuallar yarışının iştirakçılarına verilən suallar arasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı suallar da vardı.

Turnirdə Rusiya Dövlət Vergi Akademiyasının komandası qalib gəlmişdir. İkinci yeri Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun komandası tutmuşdur. Qaliblərə "Baku" jurnalı adından hədiyyələr təqdim edilmişdir.

 
 
 
Səhifənin başına qalx "Heydər Əliyev Fondu" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov